21 C
Baku
Thursday, April 25, 2024

İnsanların yol verdiyi maliyyə səhvləri

Şəxsi əmanətləri idarə etmək heç də asan tapşırıq deyil. Maliyyə rifahı yolunda səhvlərdən qaçmaq mümkün deyil. Ekspertlər bildirirlər ki, bir çox insanlar özlərinin şəxsi pul axınlarını düzgün şəkildə təşkil etməyə imkan verməyən eyni səhvlərə yol verirlər. Aşağıda sizə insanların pulların idarə edilməsi zamanı ən çox yol verdiyi maliyyə səhvlərini təqdim edirik.

Əmək haqqının artırılmasını tələb etməkdən utanmaq.

Belə utancaqlıq gəlirlərin artımı yolunda ən böyük maneədir. Xüsusəndə bu qadın əməkdaşlara aiddir və onlar kişilərdən fərqli olaraq rəhbərliklə belə bir söhbət aparmaqdan çəkinirlər.

Kortəbii alış-veriş.

Alış-veriş zamanı aldığımız məhsulların 30%-i çox vaxt gərəksiz pul israfı olur.

Kiçik kreditləşməyə maraq.

İstehlak krediti və kredit kartları hazırda çox populyardır. Psixoloqlar belə hesab edirlər ki, hazırda kredit asılılığı əsrin xəstəliyinə çevrilib. Qənaət edə bilməmək və kreditin əldə edilməsi rahatlığı insanların özlərini borcun içində tapmalarına səbəb olur.

Pulları evdə saxlamaq.

Hətta qısa müddətli yatırımlar belə sizi illik 5-8% təmin edə bilər. Bu yatırımları inflyasiyadan və mövcud oğurluq hallarından qorumağa kömək edəcək.

Kommunal ödənişlərdə qənaət etməmək.

İnsanlar evlərində işığa qənaət edən lampalardan, qənaətcil məişət texnikasından istifadə etməyə tələsmirlər və bununla belə yüksək kommunal tariflərdən şikayətlənməkdə davam edirlər.

Dostlara iri məbləğli borc vermək.

İri məbləğli borc – bu yaxın insanla münasibətin pozulması üçün ən böyük səbəbdir. Bu zaman borcun ödənilməsi ilə bağlı yaranan problemlər heç də nadir hallarda baş vermir və dostlara təzyiq göstərmək elə də asan məsələ deyil.

Təqaüd yığımları üçün planın olmaması.

Bir çox gənc insanlar təqaüd yaşının sonsuz gələcəkdə olacağını təsəvvür edir. Lakin təqaüdlə bağlı mümkün qədər tez düşünmək lazımdır. Bunun üçün sahib olduğunuz sərbəst pullarınızı daşınmaz əmlaka, bank depozitlərinə və s.lərə yatırmaq mümkündür.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər