22 C
Baku
Tuesday, April 23, 2024

Instagram 11 milyon avro qazandırdı

İsveçrənin saat brendi olan Omega öz tarixi boyunca ilk dəfə Instagram vasitəsilə satışlara başlayıb.

4 saat 15 dəqiqə 43 saniyə ərzində baş tutan satış zamanı Speedmaster “Speedy Tuesday” Limited Edition modelinin bütün 2012 nümunəsi satılıb. Alıcılara arzusunda olduqları istənilən nömrədə olan saatı sifariş etmək şansı verilmişdi.

Bir nümunənin dəyəri 5800 isveçrə frankı (təqribən 5400 avro) idi. Ümumi qazanc isə 11,7 milyon isveçrə frankı (təqribən 11 milyon avro) təşkil edib.

Omega şirkəti 1848-ci ildə Lui Brandt tərəfindən yaradılıb. 1965-ci ildə Omega Speedmaster saatları NASA tərəfindən “Apollon” proqramı üçün seçilmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər