16 C
Baku
Saturday, April 20, 2024

İnternet-reklam marketinq sahəsində nələrə diqqət edilməlidir?

İnternet-reklam marketinq və veb-səhifələrin klasterləşdirilməsi üçün reklam kampaniyasına sərf olunan xərclərlə qazanıla biləcək gəlir arasında münasibət modeli araşdırılır.

Bu barədə institutun sektor müdiri Kəmalə Haşımova məlumat verib.

Onu sözlərinə görə, potensial müştərilərin axtardıqları məhsullar yadda saxlanılmalı, müştəri məlumatlarının anonimliyi qorunmalıdır:

“Reklam sayt istifadəçilərinə onları maraqlandıra biləcək məhsul və xidmətlər təklif edir. Bəzi hallarda reklam vasitəsilə müştərilərə psixoloji təsirdən istifadə etmək və müştəri ehtiyaclarının idarə edilməsi istiqamətində cəhdlər edilməlidir”.

Onun sözlərinə görə, saytlara müraciət edən müştərilərin maraqları, gəlirlərinin miqdarı, mobil rabitə vasitələri öyrənilməli, onların əhval-ruhiyyə dəyişikliklərinə diqqət artırılmalıdır. Həmçinin müştərilər bazasının seqmentlərə ayrılması və hər bir seqmentin identifikatorla təchiz edilməsi, məhsulların potensial istifadəçilərin nəzərinə çatdırılması üçün məqsədli marketinq kampaniyasının həyata keçirilməsi zəruridir%

“Reklam saytları yaradanlar və bu saytların sahibləri statistik analiz həyata keçirməlidirlər. Bu zaman saytlara müraciətlər qiymətləndirilməli, sonuncu axtarış məlumatları yadda saxlanılmalı, saytlara müraciət edən müştərilərin məlumat mənbələri, sayta baxanların alıcılara konversiya əmsalı analiz edilməlidir”.

Reklam kampaniyasının nəticələrini qiymətləndirmək və məktubların çatdırılmasına nəzarət etməyin vacibliyindən söz açan K.Haşımova qeyd edib ki, məktublardan neçəsinin oxunduğu və ya spam kimi ləğv edildiyi qiymətləndirilməlidir.

O qeyd edib ki, domenlər və ya IP-ünvanlarda problemlərin olub-olmamasına, həmçinin real vaxt ərzində reklam saytında yerləşdirilmiş kontentin istifadəsinə nəzarət edilməli, müntəzəm olaraq loq-fayllar analiz olunmalıdır:

“İnternet-reklam marketinqin və veb-səhifələrin klasterləşdirilməsi məsələsinin həlli üçün reklam kampaniyalarına sərf olunan xərclər və bu kampaniyaların nəticələri arasındakı əlaqə müəyyənləşdirilməlidir. Eksperimental tədqiqatlar göstərir ki, reklam kampaniyası zamanı mal və xidmətlərin satışının həcminə fəsillərin dəyişməsi və s. ilə əlaqədar olan dövri xarakterə malik təsirlər də vardır. Reklam kampaniyasını qiymətləndirmək üçün uzun müddət daimi monitorinqin aparılması tələb olunur. Bir çox hallarda aparılan bir reklam kampaniyası öz təsirini ikinci və hətta üçüncü reklam kampaniyası zamanı göstərir. Modellərin adekvatlığının təmin edilməsi həlli vacib olan elmi-texniki problemə çevrilir”.

K.Haşımova bildirib ki, müxtəlif şirkətlər reklam etmək istədikləri məhsul və xidmətlərin potensial müştərilərə çatdırılmasında maraqlıdırlar və bunun üçün böyük vəsaitlər xərcləyir. Reklam sifarişçiləri və yaradıcıları öz məhsullarının keyfiyyətinin yüksəldilməsi məqsədilə müxtəlif vasitələrdən istifadə edirlər.

O, həmçinin İnternet-reklam kampaniyasına sərf olunan xərclərlə onun gətirdiyi gəlir arasında əlaqənin klassik modeli sayılan “Nerlove-Arrow Model” haqqında məlumat verib.

Sektir müdiri veb-səhifələrin qiymətləndirilməsi üçün əhəmiyyətli alətlərdən biri olan Search Engine Optimization, veb-səhifələrin sosial şəbəkələrə təsiri baxımından brendin yayılmasının SMM (Social Media Marketing) və SMO (Social Media Optimization) kimi modellərini qeyd edib.

Son xəbərlər
Digər xəbərlər