İnternetdən alış-veriş edərkən təhlükəsizliyimizi necə təmin edək?

Bütün dünya üzrə milyonlarla insan internet vasitəsilə alış-veriş edir. Məlumatlı internet-istehlakçıları adi mağazalarda və yaxud telefon vasitəsilə alış-veriş etdikdə olduğu kimi, online alış-veriş zamanı da məntiqli təhlükəsizlik tədbirləri görürlər. Online alış-verişdə kredit kartlarından istifadə zamanı riskləri minimuma endirmək üçün Visa şirkətinin mütəxəssislərinin məsləhət gördüyü qaydalara riayət etmək lazımdır.

Brauzerin qorunan versiyasından istifadə edin

İstifadə etdiyiniz brauzerdə təhlükəsizlikdən yararlanın. Veb-səhifənin URL-ünvan hissəsində «http»-dən sonra «s» hərfinə diqqət yetirin. Belə ki, s hərfinin mövcudluğu təhlükəsizlikdən xəbər verir. Əgər Netscape Navigator və yaxud Microsoft Explorer kimi brauzerlərdən istifadə edirsinizsə, qorunan saytda alış-veriş edərkən internet kanalı üzrə göndərdiyiniz məlumatın kənar şəxslər tərəfindən ələ keçirilməyəcəyinə əmin ola bilərsiniz.

Şifrənizin gizliliyini qoruyun

Bəzi internet-mağazalar saytda qeydiyyatdan keçməyi tələb edir. Sayt istifadəçi alış-veriş etməzdən əvvəl öz istifadəçi adını və şifrəsini daxil edir. Kartın PIN-kodunun gizliliyi necə təmin edilirsə, sayta giriş şifrəsi də kənar şəxslərdən bir o qədər ciddiyyətlə qorunmalıdır.

Heç vaxt heç kəsə şifrənizi verməyin. Həmçinin bəsit şifrələrdən (məsələn, telefon nömrənizdəki və doğum tarixinizdəki rəqəmlər) uzaq olun. Şifrə yaradarkən 6 simvoldan ibarət (hərf və rəqəm) kombinasiyadan istifadə edin. Mütəmadi olaraq şifrənizi dəyişin.

Kart məlumatlarınızı qoruyun

Kartınız haqqında məlumatları yalnızca məhsul üçün ödəniş etdikdə təqdim edin. Heç vaxt kart məlumatlarınızı elektron məktub ilə göndərməyin. Belə ki, elektron poçt ilə göndərilə informasiya kənar şəxslər tərəfindən ələ keçirilməkdən və istifadə olunmaqdan qorunmur. Bütün etibarlı məşhur mağazaların saytlarında məlumatların şifrələnməsi texnologiyasından istifadə olunur ki, bu da tranzaksiya həyata keçirərkən şəxsi məlumatlarınızı qoruyur.

Tanınmış internet-mağazadan alış-veriş edin

Alış-veriş etməyi planlaşdırdığınız konkret mağaza haqqında nə qədər çox məlumata sahib olsanız, alış-veriş edərkən özünüzü bir o qədər güvənli hiss edəcəksiniz.

İnternet-mağazanın məlumatın təhlükəsizliyinin təmin edilməsi üçün sertifikatlaşdırılmış standartlardan istifadə edib, etmədiyinə əmin olun.

Məsələn, brauzerdə “qızıl və açar” təsviri mağazanın SSL (Secure Sockets Layer) protokolundan sitifadə etdiyini bildirir. Sözügedən bu protokol isə məlumatların ötürülməsi təhlükəsizliyini təmin edir.