“İnvestAz İnvestiya Şirkəti”in aktivləri daraldı

“İnvestAz İnvestiya Şirkəti” QSC-nın cəmi aktivləri azalıb.

Banker.az xəbər verir ki, bu barədə İnvestiya Şirkətinin 1 yanvar 2018-ci il tarixli audit hesabatında deyilib.

Məlumata görə, hesabat dövrünün əvvəli ilə müqayisədə sonunda 721 395 min manat azalaraq 6,889 576 mln. manat həcmində olub.

Şirkətin ümümi öhdəlikləri də azalaraq 5,72 mln. manata düşüb.

Qurumun cəmi kapitalı 1,17 mln manat təşkil edir ki, bununda 370 min manatı bölüşdürülməmiş mənfəət və 800 min manatı isə nizamnamə kapitalıdır.

“İnvestAz” ötən ilin 4 rübünü 2,86 mln. manat gəlir əldə etməklə ili 340,81 mln. manat xalis mənfəətlə tamamlayıb.

 

📝 RƏY BİLDİR