4 C
Baku
Friday, March 29, 2024

İnzibati departamentinin Satınalmalar şöbəsi – Böyük Mütəxəssis – Sumqayıt Texnologiyalar Parkı MMC

epartament, şöbə, filial: İnzibati departamentinin Satınalmalar şöbəsi

Tutduğu vəzifə: Böyük Mütəxəssis

Vəzifələri:

• Satınalmalar və təchizat üçün strategiya və siyasətləri hazırlayır və həyata keçirir.
• Təchizat ehtiyaclarını proqnozlaşdırır; aşağıda sadalanan Əsas Performans Göstəricilərini yaradır və həyata keçirir – satın alınmış məhsulların, xammal və s. vaxtında Müəssisəyə çatdırılması; çatdırmanın keyfiyyəti; tələb ediləndən artıq alınmış kəmiyyət; satınalma xərcləri; vahid satınalma qiymətləri; vahid satınalmanın inzibati xərcləri; təchizatçıların reytinqi.
• Proqnozlaşdırılan satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırır.
• Yeni layihələrin həyata keçirilməsinə kömək etmək üçün davamlı olaraq öz biliyini artırır; təchizatçı və müqavilə sahəsindəki makro trendləri (meylləri) nəzarətdə saxlayır və bunlara cavab olaraq planlar həyata keçirir.
• Əsas təchizatçılarla effektiv əlaqələri və tərəfdaşlığı inkişaf etdirir və idarə edir; təchizatçıların və xidmət təminatçılarının Əsas siyahılarını hazırlayır və təchizatçı sorğuları əsasında müntəzəm şəkildə yeniləyir.
• Təchizatçılar və xidmət təminatçılarının texniki və maliyyə təhlilini(müqayisəli təhlil) aparır.
• Öz tövsiyələrini verərək, potensial təchizatçıların siyahısını hazırlayır.
• İşin bütün mərhələlərində İnzibati Departamentinin Satınalmalar şöbəsinin işçilərinə rəhbərlik edir; onların təlim ehtiyaclarını öyrənir və İnsan Resursları şöbəsi ilə birlikdə onlara tılim imkanları yaradır; işçilərinin təlim keçməsinə kömək edir.
• Şöbələrdən gələn satınalma və ya təchizat tələblərini nəzərdən keçirir; satınalma sifarişlərini hazırlayır və müəssisənin müəyyən etdiyi siyasət və şərtlərə müvafiq icra edir.
• Qüsurlu və ya qəbul edilməsi mümkün olmayan yeni malları, xammalı və ya xidmətləri istifadəçilər, təchizatçılar və əlaqədar digərləri müzakirə edir və problemin aradan qaldırılması üçün islahedici və qabaqlayıcı tədbirlər görür.
• Təchizatçıların müəssisənin ərazisindəki qaydalara və təhlükəsizlik tələblərinə cavab verməsini təmin edir.
•  Xammalın, hissələrin, avadanlıqların və s. vaxtında və münasib qiymətlərə alınmasının planlaşdırılması və həyata keçirilməsi üçün məsuliyyət daşıyır; işini vaxtında və keyfiyyət standartları və spesifikasiyalarına uyğun icra edir.
• Təchizatçılar və brokerlər (başqaları üçün mal alıb satanlar) ilə əlaqələri idarə edir.
• Qiymətləri aşağı salmaq və etibarlı razılaşmalar əldə etmək üçün danışıqlar aparır.

Təhsil/Təcrübə:

• Analoji sahədə 5 il iş təcrübəsi;
• Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
• Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində sərbəst səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti;
• Stressə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır.

Əlavə məlumatlar:

• Maaş: Razılaşma əsasında;
• Şirkət tərəfindən naharla, nəqliyyatla və korporativ nömrə ilə təmin edilmə;
• İş qrafiki: 5 gün, 09:00 – 18:00;
• E-mail: [email protected]

Son xəbərlər
Digər xəbərlər