23 C
Baku
Friday, April 19, 2024

iOS 12-nin bu performansı istifadəçiləri sevindirəcək

iOS 12, Apple konfransı zamanı (WWDC 2018) təqdim edildi və Stabillik/Performans olaraq iOS 11-dən daha yaxşı olacağı vurğulandı. Hal-hazırda iOS 12 Beta 1 istifadəçilər üçün yayımlanıb və əldə olunan geri dönüşlərə görə Batareya performansı əvvəlki versiyaya nəzərən çox artıb.

iPhone X üzərində yoxlanılan testlərə görə iOS 12 Beta 1 versiyası iOS 11.4-dən 3 saat 40 dəqiqə daha çox batareya performansı göstərib.

iOS 11.4 versiyasında iPhone X modeli 7 saat 10 dəqiqə istifadə edilərkən, iOS 12 Beta 1-də isə bu vaxt 10 saat 50 dəqiqə olub. Apple iOS 10-dan sonra əvvəlki kimi Batareya/Performans nisbətini tutdura bilməmişdi. Beta 1-in testlərinə görə iOS 12 az yenilik ilə gəlsə də, həm stabillik, həm də batareya/performans cəhətdən istifadəçiləri sevindirəcək.

Son xəbərlər
Digər xəbərlər