15 C
Baku
Saturday, April 20, 2024

iPhone-un 10 yaşı tamam oldu

Apple şirkətinin innovativ cihazı olan iPhone ilk dəfə 10 il bundan əvvəl işıq üzü görüb.

2007-ci ildə San-Fransiskoda Steve Jobs iPhone-u “üçü birində” kimi təqdim etdi: şəbəkəyə qoşulmaq, telefon və iPod. İlk iPhone kifayət qədər “ciddi” (cari ölçülər nəzərə alınmaqla) özünəməxsus xüsusiyyətlərə malik idi.

Daxili yaddaş cəmi 4GB, operativ yaddaş isə 128 MB təşkil edirdi. Bundan əlavə, smartfon 2 mpiks kamera ilə təchiz edilmişdi. Ekranın diaqonalı isə 2,3 dyuma bərabər idi.

İlk nəsil iPhone-ların satış həcmi 6 milyondan çox telefona bərabərdir. Apple smartfonun istehsalını 2010-cu ilin yayında dayandırdı.

İlk iPhone smartfonunun buraxılmasından 10 il sonra da Apple satılan milyarddan çox cihaz ilə bütün dünya üzrə insanların həyatını dəyişdirə bilib.

Texniki cihazı, proqram təminatını və xidmətləri özündə birləşdirən cihaz tez bir zamanda inqilabi məhsula çevrilir. iPhone iPad və Apple Watch kimi cihazların da yaradılmasına səbəb olub. Heç kimə sirr deyil ki, bu cihazlar hazırda insanların həyatının ayrılmaz bir hissəsinə çevrilib.

Son xəbərlər
Digər xəbərlər