14 C
Baku
Thursday, March 28, 2024

“iPhone X” smartfonunun maya dəyəri nə qədərdir?

Mobil bazar ekspertləri “iPhone X” smartfonunun maya dəyəri və qiyməti arasında kəskin fərq olmasını müəyyənləşdiriblər.

“VistaNews” resursuna istinadən, məlum olub ki, “Apple” şirkəti bir yeni “iPhone X” modelinin istehsalına 357,5 dollar sərf edərək onu 999 dollara satır.

Ekspertlərin sözlərinə görə, ABŞ korporasiyası hər satılan “iPhone X” modelindən 64 faiz gəlir əldə edir. Bununla əlaqədar olaraq mütəxəssislər “Apple” məhsullarının qiymətinin tədricən bahalaşacağını proqnozlaşdırırlar.

Bildirilir ki, maya dəyəri 357,5 dollar olmaqla satış qiyməti 999 dollar səviyyəsində müəyyənləşdirilən “yubiley” “iPhone X” smartfonu ilə yanaşı, şirkət qiyməti 699 dollar təşkil edən “iPhone 8” modelindən 59 faizlik mənfəət götürür. “iPhone 8” ekspertlər tərəfindən “iPhone 7” modelinin modernləşdirilmiş versiyası hesab edilsə də, qurğuların maya dəyəri və müəyyənləşdirilən qiyməti arasında kəskin fərq mövcuddur.

– “ICTnews” Elektron Xəbər Xidməti 

Son xəbərlər
Digər xəbərlər