İpoteka faizləri bu bankda endirldi

Hər zaman xüsusi tarifləri və kampaniyaları ilə seçilən Expressbank şəxsi evinə sahib olmaq istəyən müştəriləri də unutmur.

Expressbank ilə ipoteka krediti əsasında öz evinə sahib olmaq çox asandır. Çünki, Expressbank şəxsi mənzil arzusunda olan hər kəs üçün Azərbaycan İpoteka Fondunun dəstəyi ilə ayrılmış ipoteka kreditlərinin verilməsi şərtlərini daha da asanlaşdırıb. Belə ki, yeni mənzilin alınması üçün ayrılacaq kredit məbləği artırılaraq 150000 AZN , illik faiz dərəcəsi isə azaldılaraq illik 7% həcmində müəyyən olunmuşdur.

Xatırladaq ki, ipoteka kreditləri milli valyutada, daşınmaz əmlak girov qoyulmaqla, 3 ildən 25 ilədək müddətə, ilkin ödəniş 20-25% olmaqla verilir. Daşınmaz əmlakın dəyəri müstəqil qiymətləndirmə şirkətləri tərəfindən müəyyən olunur.

Onlayn müraciət üçün linkdən istifadə etmək olar.

Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 5000-dək POS-terminal və 700-ə yaxın ExpressPay ödəniş terminalı vardır.

Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə, www.expressbank.az saytına və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.facebook.com/Expressbank daxil ola bilərsiniz.

📝 RƏY BİLDİR