15 C
Baku
Wednesday, April 24, 2024

İpoteka Fondu bu ilin ilk 9 ayını 3,5 mln. manata yaxın mənfəətlə başa vurub

“Azərbaycan İpoteka Fondu” ASC-nin (AİF) cəmi aktivləri 2017-ci il oktyabrın 1-nə 874,415 mln. manat təşkil edib.

Fondun maliyyə hesabatına istinadən, bu, 2016-cı il oktyabrın 1-i ilə müqayisədə 29,25% çoxdur.

AİF-in aktivlərinin 631,564 mln. manatını və yaxud 72,2%-ni ipoteka kreditləri təşkil edib. Son 1 ildə Fondun kredit portfeli 17,4% böyüyüb.

Hesabat dövründə AİF-in cəmi öhdəlikləri 37,15% artaraq 471,994 mln. manat, o cümlədən buraxılmış qiymətli kağızlar üzrə öhdəliyi 37,9% artaraq 465,712 mln. manat olub.

İl ərzində Fondun cəmi kapitalı 19,4% artaraq 397,544 mln. manata, o cümlədən nizamnamə kapitalı 14,4% artaraq 377,279 mln. manata çatıb.

Bu ilin yanvar-sentyar aylarında AİF-in faiz gəlirləri 9,41 mln. manat (1 il əvvələ nisbətən 30,2% az). faiz xərcləri 3,259 mln. manat (58% az), dəyərsizləşmə üzrə zərəri 249 min manat (45,3% az), haqq və komissiya xərcləri 108 min manat (64,8% az), insan resursları üzrə xərcləri 1,927 mln. manat (54,8% çox), inzibati və digər xərcləri isə 434 min manat (66% az) təşkil edib. Son nəticədə Fond hesabat dövrünü 3,432 mln. manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin ilk 9 ayı ilə müqayisədə 27,9% azdır.

Xatırladaq ki, AİF 2005-ci ildən fəaliyyət göstərən Azərbaycan Mərkəzi Bankı yanında İpoteka Fondunun bazasında ötən il avqustun 18-də yaradılıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər