26 C
Baku
Saturday, April 20, 2024

İpoteka götürməyə dəyər?

İpoteka anlayışa yanaşmada iki istiqamət fərqlənir. Belə ki əhalinin əksəriyyəti uzun müddətli kredit almağa müsbət yanaşmasa da, digər əksəriyyət hissə isə ipoteka ilə ev alır. Bəs görəsən ipoteka krediti götürməyə dəyər?

Ən əlverişli yol saydığımız ipotekanın üstünlüyü nədir? Təsəvvür edin, siz ailənizlə birgə 50 min manat məbləğində mənzil almaq niyyətindəsiz. Amma sizin cəmi 15 min manat yığılmış pulunuz var. Qalan pul üçün variatlar aşağıdakılardır:

Kredit almaq istəsəniz qalan 35 min manatı üstəlik uzun müddətə (məsələn 25 il üçün) bankdan almaq orta səviyyədə maaş alan ailə üçün heç də real deyil.

Bu pulu yığmağa çalışsaz təsəvvür edin, hər fors major halında ağlınıza gələcək ilk fikir evdə olan pulunuzdan istifadə olacaq. Məsələn, valideylərinizdən biri xəstələnsə onun sağlamlığı üçün bu puldan götürəcək və fikirləşəcəksiniz ki, sonra yerinə qoyaram.

İpoteka krediti vasitəsi ilə ev almaq. Bu variantda isə siz ipoteka krediti götürə və yeni mənzilinizə ailənizlə birgə köçə bilərsiniz.

Görüldüyü kimi ən real variant yenə də ipoteka kreditidir. İpoteka krediti almaq istənilən evin dəyəri yığılmış puldan daha çox olan mənzil almağı planlaşdıran insanlar üçün ən optimal yoldur. Eyni zamanda ipoteka krediti ev almaq üçün kifayət qədər pul olmadıqda belə, sizə öz şəxsi mənzilinizdə yaşamaq imkanı yaradır.

Təsəvvür edək ki, siz ipoteka krediti götürməyi qərar aldınız. İpoteka krediti götürərkən siz ilkin ödəniş etmək məcburiyyətindəsiniz, dövlət hesabına və ya ayrıca bankdan asılı götürməyinizdən asılı olaraq, həm ilkin ödəniş məbləği, həm də illik faiz dəyişəcəkdir. Siz topladığınız 15 min manatı ilkin ödəniş olaraq təqdim edə bilər, qalan 35 min manat məbləğində ipoteka krediti götürə bilərsiniz. Əgər siz ipoteka krediti götürsəniz, onda 25 il müddətində hər ay 318 manat ödəyəcəksiniz. (kreditin şərtləri: müddət 25 il, illik 10%).

Bu aspektlərdən düşündükdə əgər ilkin ödəniş məbləğini ödəyə bilirsinizsə, o zaman ən optimal variant ipoteka kreditidir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər