16 C
Baku
Thursday, April 25, 2024

İpoteka ilə bağlı nazir müavinindən – VƏD

“Biz çalışacağıq ki, sosial ipotekaya ayrılan vəsaitin miqdarı, eyni zamanda, onun əhatə etdiyi insanların kateqoriyaları artırılsın”

Bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O, gənclərlə bağlı parlament qarşısında bir sıra məsələlərin qaldırılacağını da istisna etməyib:

“Elm sahəsində gənclərin sayı bizi heç də qane etmir. 29 yaşa qədər tam elmi dərəcə alanlar çox azdır. Bu, təbiidir, dünyada belədir. Biz Milli Məclisə “Gənclər siyasəti haqqında” Qanuna, eləcə də digər müvafiq qanunlara əlavə və dəyikliklərin olunmasını təklif edəcəyik. Gənc alimlərin yaş limitinin 35-40 yaşa qədər artırılması təklif ediləcək. Bununla bağlı AMEA ilə müzakirələr aparılacaq”.

Nazir müavini qeyd edib ki, sosial ipotekanın əhatə etidiyi insanlar arasında elmlə məşğul olan gənclər də nəzərə alınacaq: “Təbii ki, bu ilk növbədə, maaşlarla bağlıdır. Amma Mərkəzi Bankın son açıqlamaları ümid yaradır ki, bu sahədə irəli sürülən son ideyalar artıq gerçəkləşməkdədir”.

atvxeber.az

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər