15 C
Baku
Wednesday, April 24, 2024

İpoteka kreditləri ilə bağlı 50 milyon pul ayrılacaq

İpoteka Fonduna 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub

Azərbaycan 2015-ci ilin dövlət büdcəsindən Azərbaycan İpoteka Fonduna 50 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Bu barədə Azərbaycan Respublikasının 2015-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

Maliyyə Nazirliyinin yaydığı məlumata görə, bu göstərici 2014-cü illə müqayisədə 10 milyon manat və yaxud 25 % çoxdur.

Qeyd edək ki, İpoteka Fonduna ayrılan vəsait sosial ipotekaların (4%) verilməsi üçün nəzərdə tutulub.

ANS PRESS

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər