25 C
Baku
Friday, April 19, 2024

İpoteka kreditlərini ödəməyin alternativ yolları

Artıq siz ipoteka kreditləri üzrə ödənişlərinizi siz Azərbaycan Mərkəzi Bankı yanında fəaliyyət göstərən, Hökumət Ödəniş Portalının www.gpp.az  internet ünvanında həyata keçirə biləcəklər.

Belə ki,  ipoteka kreditlərinin aylıq ödənişlərinin onlayn olaraq qəbul edilməsi zamanı, bütün hüquqlar qorunur və informasiya texnologiyalarının geniş tətbiqinin reallaşdırılması üçün ardıcıl olaraq müvafiq tədbirlər görülür.

Aşağıdakı üsullar vasitəsilə ödənişlərinizi edə bilərsiniz:

  • Bank və ya Poçt bölmələri;
  • Ödəniş Terminalları;
  • İnternet üzərindən;
  • Bankomat (ATM) vasitəsilə;
  • E-banking.

Bank və ya Poçt bölmələri – HÖP-ə qoşulmuş bankların və ya poçt rabitəsi milli operatorunun istənilən ödəniş məntəqəsinə yaxınlaşıb HÖP üzrə unikal qeydiyyat kodunuzu və ya hər bir təşkilat üzrə identifikasiya kodlarınızı təqdim etməklə borclar üzrə ödənişlərinizi apara bilərsiniz.

Ödəniş Terminalları – HÖP-ə qoşulmuş ödəniş təşkilatlarının ödəniş terminalları şəbəkəsindən istifadə etməklə rahat və sürətli şəkildə siz borclar haqqında məlumat ala və ödənişlərinizi apara bilərsiniz.

İnternet üzərindən – HÖP-ün internet səhifəsində qeydiyyatdan keçərək yaratdığınız “Şəxsi virtual kabinet”ə daxil olmaqla ödənişlərinizi apara bilərsiniz.

“Şəxsi virtual kabinet”inizə daxil olmaqla siz inzibati qaydada müəyyənləşdirilmiş müddət ərzində (ən azı bir il) apardığınız ödənişlərin və müvafiq təşkilatlardan ünvanınıza daxil olmuş bildirişlərin tarixini izləyə bilərsiniz. Həmçinin seçiminizdən asılı olaraq elektron poçt ünvanınızı və ya mobil telefon nömrənizi daxil etməklə istifadə etdiyiniz xidmətlər üzrə bildirişlər haqqında məlumatları avtomatik rejimdə ala bilərsiniz.

Siz internet səhifəsində qeydiyyatdan keçmədən “Ödəniş xidmətləri” bölməsinin “Qeydiyyatsız” ödəniş imkanından istifadə edərək müvafiq təşkilat üzrə identifikasiya kodunuzu daxil etməklə ödənişlərinizi apara bilərsiniz. Bu halda siz “Şəxsi virtual kabinet”in funksional imkanlarından istifadə edə bilməyəcəksiniz.

Bankomat (ATM) vasitəsilə– HÖP-ə qoşulmuş kart prosessinq mərkəzlərində xidmət olunan bankların bankomat (ATM) şəbəkəsində unikal qeydiyyat kodunuzu və ya xidmətindən istifadə etdiyiniz təşkilatlar üzrə identifikasiya kodunuzu daxil etməklə borclarınızı öyrənə və ödəniş kartları vasitəsilə ödənişlərinizi apara bilərsiniz.

E-banking – siz bankınızın HÖP ilə inteqrasiya olunmuş elektron bankçılıq xidmətində unikal qeydiyyat kodunuzu və ya xidmətindən istifadə etdiyiniz təşkilatlar üzrə identifikasiya kodlarınızı daxil etməklə borclarınızı öyrənə və bank hesabınız vasitəsilə ödənişlərinizi apara bilərsiniz.

Qeyd edək ki, ipoteka kreditləri sahiblərinin, aylıq ödənişlərini onlayn olaraq etmələri,  müştəri rahatlığı və xidmət keyfiyyətinin artırılması ilə yanaşı, eləcə də nağdsız hesablaşmaların həcminin artırılması və elektron ödəniş xidmətlərindən istifadənin əhatə dairəsinin genişləndirilməsinə yönəlmiş daha bir addımıdır.

Son xəbərlər
Digər xəbərlər