17 C
Baku
Friday, April 19, 2024

İpoteka məbləği arta bilər

“Bildiyiniz kimi, manatın ucuzlaşması ilə bağlı ipoteka kreditlərinin məbləğinin artırılmasına xüsusi ehtiyac var. “Faiz dərəcələri üzrə şərtlərin dəyişdirilməsinə ehtiyac yoxdur”.
Bunu maliyyə naziri Samir Şərifov deyib. Nazir bildirib ki, ipoteka ilə bağlı sənədlər artıq Nazirlər Kabinetindədir. “Hesab edirəm ki, bu sənədlərlə bağlı 3-4 günə müvafiq qərar imzalanacaq”.

Maliyyə naziri qeyd edib ki, ipoteka ilə bağlı sənədlərdə ipoteka şərtlərinin sadələşdirilməsi və məbləğin artırılması nəzərdə tutulur.

Onun sözlərinə görə, bu gün İpoteka Fondunun yeni əsaslar üzərində qurulması vacibdir və ilk növbədə İpoteka Fondunun idarəetmə strukturu dəyişdirilir.

S.Şərifov qeyd edib ki, fond bilavasitə bazara da çıxmalıdır ki, vəsait cəlb etsin.

Bir neçə gün öncə prezident İlham Əliyev keçirdiyi müşavirədə bu məsələyə toxunub. O, deyib ki, iş adamlarına böyük tikinti layihələrini icra etmək üçün şəraitin yaradılması, bu sahədə mövcud olan əsassız tələblərin, bürokratiya və korrupsiya hallarının aradan qaldırılması ilə bağlı ciddi tapşırıqlar verib. Bununla yanaşı, dövlətimizin başçısı ipoteka bazarının səmərəliliyinin artırılması, bu yolla inşa olunacaq binaların tikintisinin sürətləndirilməsi ilə bağlı təkliflərin hazırlanmasını tapşırıb.

Son xəbərlər
Digər xəbərlər