İpoteka və Kredit Zəmanət Fondu 80 mln. manatlıq istiqraz yerləşdirəcək

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun ipoteka istiqrazlarının 80 mln. manatlıq emissiyasının ilk tranşını yerləşdirəcək.

Foinddan verilən məlumata görə, aprelin 19-da BFB-də Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun 20,000 000 manat həcmində adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. İstiqrazlar 1 000 manat qiyməti ilə satışa çıxarılacaq.

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun adlı, sənədsiz, faizli ipoteka istiqrazlarının baza emissiya prospekti bu ilin martın 30-da qeydə alınıb.

Emissiyanın ümumi həcmi 80,000,000 AZN təşkil edir, bir istiqrazın nominal dəyəri 1 000 AZN, istiqraz üzrə faiz dərəcəsi 3% təşkil edir.

Baza emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC vasitəsi ilə keçiriləcək. Depozitari və Sərəncamçı xidmətləri Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi tərəfindən göstəriləcək.

📝 RƏY BİLDİR