İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil banklara borcu 113 mln. manatı keçib

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun müvəkkil bankları 2006-2017-ci illərdə dövlət xətti ilə 931,9 mln. manat ipoteka krediti verib.

Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumata görə, fond bu kreditlərin 818,5 mln. manatını və yaxud 87,8%-ni təkrar maliyyələşdirib. Son nəticədə qurum banklara 113,4 mln. manat borclu qalıb.

Hesabat ili Müvəkkil bankların verdiyi  Fondun təkrar maliyyələşdirdiyi  Fondun müvəkkil banklara 
  ipoteka kreditləri(mln. manat)  ipoteka kreditləri (mln. manat) borcu (mln. manat)
2006 5,6 1,3 4,3
2007 70,2 45,4 24,8
2008 0,0 16,9 -16,9
2009 77,2 21,9 55,3
2010 96,9 90,5 6,4
2011 95,5 77,0 18,5
2012 75,2 91,2 -16,0
2013 112,9 86,9 26,0
2014 97,1 126,4 -29,3
2015 97,2 113,6 -16,4
2016 1,1 33,5 -32,4
2017 203,0 113,9 89,1
Cəmi 931,9 818,5 113,4
📝 RƏY BİLDİR