15 C
Baku
Friday, March 29, 2024

İpoteka zamanı tələb olunan sənədlər

İpoteka kreditinin alinmasi üçün təqdim olunmali əsas sənədlər

• İpoteka kreditinin alinmasi üçün tələb olunan sənədlər

  1. Borcalanın (birgə borcalanın) şəxsiyyətini təsdiq edən sənəd və sənədin surəti.
  2. Nikahın bağlanması (və ya boşanma) barədə şəhadətnamə (sənədin surəti).
  3. Borcalanla (birgə borcalanla) birgə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlər (sənədlərin surəti)
  4. Borcalanın (birgə borcalanın) yetkinlik yaşına çatmamış ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri (sənədlərin surəti)
  5. Borcalanın (birgə borcalanın) əmək müqaviləsi və ya onun iş yerinin kadrlar idarəsi tərəfindən təsdiq edilmiş əmək kitabçasının surəti.
  6. Borcalanın (birgə borcalanın) gəlirlərini təsdiq edən sənədlər (əsas və əgər varsa, əlavə iş yerindən arayış və s.).
  7. İpoteka predmetinin qiymətləndirmə aktı.

• İpotekanin rəsmiləşdirilməsi üçün tələb olunan sənədlər

  1. İpoteka qoyulan yaşayış sahəsi üzrə mülkiyyət hüququnu təsdiq edən sənəd (dövlət reyestrindən çıxarış) və texniki pasport (tələb olunduqda).
  2. İpoteka predmetinin digər öhdəliklər üzrə yüklü edilməməsini və məhdudiyyət olmadığını təsdiq edən sənəd.
  3. İpoteka qoyulan yaşayış sahəsi üzrə qeydiyyatda olanlar haqqında arayış.
  4. İpoteka predmetinin ipotekaya qoyulmasına və məhkəmədənkənar qaydada satılmasına dair ərin/arvadın, ipoteka predmetində qeydiyyatda olan digər yetkinlik yaşına çatmış ailə üzvlərinin notariat orqanlarına təqdim olunan razılığının surəti. İpoteka predmetinin mülkiyyətçisi yetkinlik yaşına çatmamış şəxs olduqda, onun maraqları çərşivəsində səlahiyyətli qəyyumluq və himayəçilik orqanlarının razılığının surəti.

• İpotekanin rəsmiləşdirilməsindən sonra təqdim olunmali sənədlər

  1. İpoteka müqaviləsinin (Qarışıq müqavilə) və ipoteka kağızının əsli və onların dövlət qeydiyyatından keçməsini təsdiqləyən sənədlər.
  2. Borcalanın həyatın ölüm halından və əmək qabiliyyətinin itirilməsinin və ipoteka predmetinin sığortalanmasını və sığorta ödənişlərinin ödənildiyini təsdiqləyən sənədlər.
  3. Alınmış yaşayış sahəsinin alqı-satqı müqaviləsinin surəti.
  4. Yaşayış sahəsinin satıcısının (fiziki şəxslər üçün) şəxsiyyətini təsdiq edən sənədin surəti.

• Borcalan fərdi sahibkar olduqda əlavə olaraq təqdim olunmali sənədlər

  1. Sahibkarın vergi orqanlarında qeydiyyatdan keçməsi haqqında şəhadətnamə (surəti).
  2. Vergi orqanları tərəfindən qəbul olunmuş gəlir vergisi və ya sadələşdirilmiş vergi bəyannaməsi.

• Borcalan güzəştli kateqoriyaya aid olduqda əlavə olaraq təqdim olunmali sənədlər

  1. Borcalanın güzəştli kateqoriyaya aid olmasını təsdiq edən sənəd.

Qeyd: Təqdim olunmuş sənədlərin surətləri notarial qaydada təsdiqlənməlidir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.