18 C
Baku
Thursday, April 25, 2024

İpotekada olan evi satmaq olar?

Hazırda əhalinin əldə etməkdə çətinlik çəkdiyi kredit növlərindən biri də ipoteka kreditləridir. Bildiyiniz kimi, ipoteka kreditləri daha uzun müddətə verilir. Bu borcu ödəyə bilmək üçün isə təbii ki, yüksək gəlirləriniz olmadırdır. Bəzən isə ipoteka krediti alan şəxs, bir müddət borcunu ödədikdən sonra, maddi vaziyyətində problemlər yaşayır və ipoteka borcunu ödəyə bilməyəcəyini başa düşür.

İlk növbədə bilməlisiniz ki, ipotekada olan eviniz bankda girovda olur. Əgər ödənişlərinizi edə bilməsəniz bank evi sizin əlinizdən ala bilər. Bank, ekspertlərin vasitəsilə evin bazar qiymətini müəyyən edir və sizin evinizi satışa çıxaracaq. Evin satışından alınan məbləğlə bankın borcu bağlanır qalan digər məbləğ isə sizə geri qaytarılır.

Bəs ipoteka borcunuz bitmədən evinizi sata bilərsinizmi?

İpotekada olan evinizi istənilən vaxt sata bilərsiniz.  Təbii ki, bu zaman ilk növbədə mənziliniz üçün müştəri tapmalısınız. Lakin sizin tapdığınız müştəri bankın və yaxud fondun tələblərinə uyğun olmalıdır.  İpotekada olan evinizi yalnız bankın icazəsi ilə sata bilərsiniz.

Bu zaman 2 hal mümkün ola bilər:

Birinci hal, əgər müştərinin birbaşa bütün məbləği ödəməyə imkanı olarsa, kredit borcu tamamilə bağlanır.

İkinci hal isə kredit yolu ilə evin satılmasıdır . Yəni,  alıcının kredit ödənişləri bankın  tələblərinə  uyğundursa, şatış baş tuta bilər. Çünki, ipotekada olan evin yeni sahibi artıq bankın müştərisinə çevriləcək. Buna görə də bank müştərinin gəlirləri haqqında araşdırma apardıqda sonra evin satılmasına icazə verəcəkdir. Satışa icazə verildikdən sonra isə alıcı satıcıya müəyyən ilkin ödəniş edəcək.  Daha sonra isə bankın aylıq ödənişlərini, evi yeni sahibi edəcək.

İpotekada olan evi almaq təhlükəlidirmi?

Yuxarıda da qeyd etdiyimiz ki, ipotekada olan evi ala bilməyiniz üçün ilk növbədə bankın tələblərinə uyğun olmalısınız. Yəni bank sizin ipoteka üçün ayrılmış ödənişləri geri ödəyə biləcəyinizdən əmin olmalıdır. Yalnız bu halda sizin ipotekada olan evi almağınız mümkündür.

İpotekada olan evi aldığınız zaman isə, əgər aylıq ödənişlərinizi vaxında etsəniz sizi heç bir təhlükə gözləmir. Lakin bu zaman, diqqətli olmalısınız.  İstər ipotekada olan evi aldıqda, istərsə də digər adi bir ev aldığınız zaman sizə təqdim olunan və imzalağınız bütün sənədləri diqqətlə oxumağınız vacibdır. Çünki, hazırda bir çox fırıldaqçılıq hadisələrinin şahidi oluruq. Evinizi aldığınız zaman kredit borcunuzu ödəyib qurtarana qədər, sizə evin sənədləri deyil, etibarnamə və yaxud, sadəcə olaraq, propiska kimi bildiyimiz evin qeydiyyatına salınmağı təklif edə bilərlər. Lakin bu düzgün deyil, çünki, bu zaman siz əmlakın sahibinə çevrilmirsiniz. Sizə sadəcə olaraq müəyyən  hüquqlar verilir. Ancaq siz sahibkar adlanmırsınız.  Belə halda isə, istənilən vaxt evinizi əlinizdən ala bilərlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər