4 C
Baku
Friday, March 29, 2024

“İpotekanın məbləği 70 minə qaldırılsın” – TƏKLİF

Milli Məclisdə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın 2014-cü il üçün olan hesabat məruzəsi müzakirə edilib.

Deputat Musa Qasımlı deyib ki, müvəkkilin illik məruzəsini diqqətlə oxuyub: “Sənəd peşəkarcasına hazırlanıb. Belə qənaətə gəlmək olar ki, ombudsman vətəndaşların etimadını qazanıb, mülkü və siyasi hüquqların qorunması sahəsində mühüm işlər görüb, dövlət qurumları ilə yaxşı münasibətlər yaradıb. Hesab edirəm ki, Ombudsmanın KİV-lə əməkdaşlığı digər qurumlara nümunə ola bilər”.

İqtisadçı-deputat Əli Məsimli isə bildirib ki, Ombudsmanın rayonlarda, QHT və dövlət qurumları ilə olan təmasları, irəli sürdüyü təklifləri müsbət qiymətləndirir: “Hesabatın təkliflər hissəsi də çox dəyərlidir. Təkliflər sırasında vətən uğrunda gedən döyüşlərdə şəhid olan, iştirak edənlərə sığorta verilməsi təklif edilir. Mən Ombudsmanın bu təklifini dəstəkləyir, hesab edirəm ki, bu məsələ həll edilməlidir. İkinci təklif banklarla bağlıdır. Hesab edirəm ki, əlaqədar təşkilatlar öz funksiyalarını vaxtında yerinə yetirməlidir. Konstitusiyada, ölkə qanunlarında açıq göstərilib ki, hesablaşmalar manatla aparılmalıdır. Üçüncü ciddi məsələ ipoteka kreditləri ilə bağlı məsələdir. Təklif edirəm ki, ipotekanın məbləği 70 minə qaldırılsın, faiz 8 dən aşağı endirilsin. Eləcə də, ipoteka kreditləri regionlarda da verilsin. Həbs edilən jurnalistlərin, siyasətçilərin və hüquq müdafiəçilərinin adı xüsusi qeyd edilməməlidir”.

Deputat Musa Quliyev də ombudsmanın hesabatını dəstəkləyib, müvəkkilə təşəkkürünü bildirib: “Azərbaycanda insan hüquqlarının qorunması istiqamətində dinamik işlər gedir, dövlət və hökumət bu istiqamətdə lazımı tədbirləri görür. Hesab edirəm ki, insan hüquq və azadlıqlarının qorunması iki tərəfli işdir. Bir hüquq mühafizə orqanları, digəri vətəndaş. Təcrübə göstərir ki, öz hüquqlarını bilən şəxsin hüquqlarını pozmaq mümkün olmur. Ancaq hesabatda həbs edilən hüquq müdafiəçilərinuin, siyasi fəaliyyəti olan insanların və mətbuatda işləmiş, sonradan həbs edilən şəxslərin adları xüsusilə qeyd edilib. Təbii ki, bu şəxslər törətdiyi konkret cinayətə görə, həbs edilib. Hesab edirəm ki, ya onların adları xüsusilə qeyd edilməməlidir, ya da bütün müraciət edən şəxsləri sadlanmalıdır”.

Publika.az

Son xəbərlər
Digər xəbərlər