15 C
Baku
Friday, March 29, 2024

İqtisadiyyat Nazirliyi 2021-ci ilədək 10 strateji hədəfi müəyyən edib

İqtisadiyyat Nazirliyi 2017-2020-ci illər üçün 10 strateji hədəfi müəyyən edib. Bu barədə nazirlikdən məlumat verilib.

“Nazirliyin 2017-2020-ci illər üçün strateji planında yer alan əsas missiya effektiv milli iqtisadiyyatın formalaşdırılmasından ibarətdir ki, bu da rəqabətə davamlılığın artırılmasını və qeyri-neft sektorunun davamlı inkişafını, qeyri-neft ixracına dəstəyi, əlverişli investisiya mühitinin yaradılmasını, sahibkarlığın inkişaf etdirilməsini nəzərdə tutur”, – deyə məlumatda bildirilir.

İqtisadiyyat Nazirliyinin planda öz əksini tapan strateji hədəfləri bunlardır: makroiqtisadi tənzimləmə sisteminin təkmilləşdirilməsi; qeyri-neft sektorunun inkişafı; rəqabətə davamlı məhsulların ixracının stimullaşdırılması; iqtisadiyyatın prioritet sahələrinə investisiya qoyuluşlarının stimullaşdırılması; tranzit potensialının reallaşdırılması; inkişafa dair strateji yol xəritələrinin həyata keçirilməsi.

Bundan başqa, nazirliyin prioritetlərinə 2030-cu ilə qədər Azərbaycanın milli prioritetlərinin müəyyən edilməsi və sosial-ictimai sahələrdə dövlət proqramları və strategiyalarının BMT-nin dayanıqlı inkişaf məqsədlərinə uyğunluğunun təmin edilməsi üçün Milli Koordinasiya Şurasının katibliyinin işinin təşkili, insan kapitalı, institusional potensial və korporativ idarəetmənin gücləndirilməsi aiddir.

Son xəbərlər
Digər xəbərlər