15 C
Baku
Saturday, April 20, 2024

İqtisadiyyatı dəyişmiş film və seriallar

Heç kimə sirr deyil ki, ABŞ kinematoqrafiya sahəsindən digər ölkələrdən fərqli olaraq daha çox gəlir əldə edir. Belə ki, Hollywood bu günə qədər çoxlu sayda uğurlu ekran əsərlərini ərsəyə gətirmişdir. Digər ölkələr üçün isə ayrı-ayrı franşizalar iqtisadiyyatın inkişafı üçün vacib mərhələyə çevrilmişdir.

Banker.az saytı olaraq iqtisadiyyata təsir etmiş, dəyişməyə qadir olmuş filmləri təqdim edirik:

 3. “Lord of the Rings” və “Hobbit”, Yeni Zellandiya

Kiçik Yeni Zellandiya üçün “Lord of the Rings” trilogiyasının çəkilməsi əsl hadisə idi. Filmin rejissoru Piter Cekson bütün seriyaları burada çəkməyi qərara almışdı. Və budur nəticə: 2001-ci ildən başlayaraq buraya turist axını 50% artmışdı. Bununla turizm Yeni Zellandiyanın büdcə gəlirlərinin ikinci əsas mənbəyinə çevrilir və yalnızca süd istehsaaltından geri qalırdı. Weta Workshop, Stone Street Studios, Park Road Post Production və digərlər studiyaların yaradılması sayəsində əmək bazarında da vəziyyət yaxşılaşır. Tək bu film xəzinəyə 350 milyon funt sterlinq qazandırmışdı. Kinodan əldə edilən illik gəlir isə 1,5 milyard funt sterlinqə bərabərdir. “Avatar” filminin də burada lentə alınmasını da xatırlamaq lazımdır.

2. “Pocemon”, Yaponiya

“Pocemon” cizgi filminin Yaponiya üçün olan əhəmiyyətini qiymətləndirmək çətindir. Pikaçu və digər “kiçik monstrlar” mövcud olduqları 10 il ərzində ölkəyə 30 milyard dollar qazandırmışdır. Cizgi filmi Yaponiyada yarandıqdan sonra ilk olaraq Asiya, daha sonradan isə Qərbdə də məşhurluq qazanmışdı.

1. “Harry Potter”, Böyük Britaniya

“Pocemon” Yaponiya üçün nə dərəcədə qiymətli idisə, “Harry Potter” filmi də Böyük Britaniya üçün həmin əhəmiyyətə sahib idi. Bütün filmləri, kitabları, diskləri, oyuncaqları hesablasaq görərik ki, “Harry Potter” yaradıcıları 25 milyard dollar qazanmışlar. Lakin təbii ki, bu da üzdə olan rəqəmlərdir. Turizm şirkətləri isə filmin çəkildiyi məkanlara xüsusi turlar təşkil edir. Ölkədə həmçinin QUIYK geyim brendi də mövcuddur.

Son xəbərlər
Digər xəbərlər