15 C
Baku
Saturday, April 20, 2024

İqtisadiyyatımızın maliyyələşməsi üçün mövcud fondların istifadə qaydalarına yenidən baxılmalıdır

“Hesab edirik ki, hazırki mərhələdə iqtisadiyyatımızın maliyyələşməsi üçün mövcud olan fondların istifadə qaydalarına yenidən baxılmalıdır”.

Bunu ABA sədri Zakir Nuriyev Azərbaycanda Sahibkarlar Gününə həsr olunmuş konfransda çıxışı zamanı bildirib.

“Yaranmış şəraitə uyğun olaraq fondlar tərəfindən verilmiş kreditlərin restrukturizasiyası, ödənilməsi ilə bağlı problemlərin həlli yolları axtarılmalı, eyni zamanda ləğv edilmiş bankların vəsaitləri hesabına formalaşmış kredit portfellərinin digər banklara ötürülməsi və sahibkarlar üçün hər hansı bir problemin yaradılmaması üçün yeni metodlar tapılmalı və tətbiq edilməlidir. Bunun üçün mövcud olan bir neçə dövlət fondunun daha effektiv istifadə mexanizmlərinin məhz İqtisadiyyat Nazirliyinin nəzdində yeni forması işlənib hazırlanmalıdır. Bu, maliyyə dayanıqlığının artırılmasına, o cümlədən həm maliyyə, həm real sektorun inkişafına əhəmiyyətli töhfə verə bilərdi”,- deyə Z.Nuriyev əlavə edib.

Z.Nuriyev proseslərin daha da sürətləndirilməsi üçün bır sıra tədbirlərin həyata keçirilməsini təklif edib: “Sahibkarların və xüsusi mülkiyyətin müdafiə sisteminin möhkəmləndirilməsi, ticarət müəssisələrinin iqtisadiyyatdakı payının yüksək texnologiyalar, qeyri-xammal istehsalı ilə əvəz olunması və qanunvericilik bazasının sabitliyi, şəffaflığı, davamlı və ardıcıllığı tədbirləri həyata keçirilməlidir”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər