14 C
Baku
Saturday, April 27, 2024

İran və İraq da neft hasilatını dondura bilər

Dünyanın əsas neft hasil edən ölkələri arasında danışıqların yeni raundu fevralın 17-nə planlaşdırılıb.

Trend Rambler News Service-ə istinadən xəbər verir ki, görüşə İran və İraq nümayəndələri də qatılacaqlar.

Qeyd edək ki, daha əvvəl Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralın 16-da Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da bu təşəbbüsə qoşulmalıdırlar.

Qeyd edək ki, neftin qiymətlərinin azalmasına səbəblərdən biri kimi hasilatın artırılması göstərilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər