İrandakı bizneslərini bağlamağa hazırlaşırlar

Söhbət Tehranla əməkdaşlıqdan ümumi gəlirləri 176 mln. dollar olan 17 şirkətdən gedir
Onlarla Amerika şirkəti Vaşinqtonun Tehrana qarşı sanksiyaları fonunda İranda öz bizneslərini dayandırmağa hazırlaşır.

TASS-a istinadən, bu barədə çərşənbə axşamı “The Wall Street Journal” qəzetinin elektron versiyası yazıb.

Onun məlumatına görə, azı 17 ABŞ şirkəti Tehranla atom sazişi bağlandıqdan sonra öz xarici filialları vasitəsi ilə İranla biznes əlaqələri qurmuşdu.

ABŞ-ın Qiymətli Kağızlar və Birjalar Komissiyasının məlumatına görə, həmin şirkətlərin bu dövr ərzində gəlirləri 176 milyon dollar təşkil edib. Bundan əlavə, İranla ABŞ-ın çoxsaylı kiçik özəl şirkətləri də işləyir ki, onlar öz gəlirlərini Komissiyaya açıqlamaq məcburiyyətində deyillər.

İranla atom sazişindən sonra əməkdaşlıq edən iri şirkətlər arasında

“Honeywell” aerokosmik korporasiyası, “General Electric” energetika şirkəti, “Dover” sənaye şirkəti, “Chubb” sığorta şirkətinin Amerika bölməsi də var.

İndi onların hamısı ABŞ-ın sanksiyalar haqqında qanunlarını pozmamaq üçün İranı tərk etməlidirlər.

📝 RƏY BİLDİR