İranın sığorta şirkətləri dəvə idxal edirlər. Səbəb?

İranın sığorta şirkətləri ölkəyə xeyli sayda dəvə idxal ediblər.

Məqsəd qan pulu əvəzində zərərçəkən tərəfə ödənişi təmin etməkdir. Belə ki, İranda qan pulu (diyə) 100 dəvənin qiymətinə bərabərdir. Şəriətə əsasən, qan pulu öldürülən şəxsin yaxınına verilən maddi təzminatdır. İran qanunvericiliyinə görə, qan pulunu sığorta şirkətləri ödəməlidirlər.

Statistika göstərir ki, ölkəyə dəvə daha çox Çin, Türkiyə, Pakistan, BƏƏ, Əfqanıstan və Aİ ölkələrindən idxal olunur.

Burada məqsəd həm də İranda son vaxtlar müşahidə olunan dəvələrin sayının azalmasının qarşısını almaqdır.