İş adamı məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün, dələduzluqda təqsirləndirilən iş adamı Kahin Gərayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə K.Gərayev 8 il azadlıqdan məhrum edilib və o məhkəmə zalında həbs olunub.

Bakı şəhər sakini Gərayev Kahin Əli oğlu Binə ticarət mərkəzində xəz mağazalarının sahibi olub və o tanışına qarşı 100 min manatdan çox dələduzluqda təqsirləndirilir.

K.Gərayev Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.