12 C
Baku
Friday, March 29, 2024

İş axtararkən yol verdiyimiz səhvlər

İş axtarmaq prosesində insanların yol verdikləri bir sıra səhv düşüncələr və xətalar mövcuddur. Bu düşüncələrin səhv olmasına səbəb isə onların bir zamanlar gerçək olmasıdır. Lakin artıq köhnəlmiş və əhəmiyyətini itirmişlər. Bəziləri isə lap əvvəldən səhv idilər.

Bəs iş axtararkən yol verdiyimiz bu əsas səhvlər hansılardır?

İndi heç harda iş yoxdur, ölkədə vəziyyət elə də yaxşı deyil:

Əmək bazarında daim siz zənn etdiyinizdən daha çox imkan mövcuddur. Dostlarınızın və ətrafdakı insanların mənfi rəyləri sizi yola başlamadan təslim olmağa vadar etməməlidir. Bu səbəbdən də iş axtarmaq üçün heş vaxt gec deyil və bunun üçün aylarla və hətta illərlə “uyğun zamanı” gözləməyin.

İndi iş axtarmaq üçün elə də uyğun vaxt deyil, axı tətildir:

Kadr dəyişikliyi, xüsusən də böyük şirkətlərdə mütəmadi olaraq baş tutan prosesdir. Belə ki, əməkdaşlar başqa şirkətə və yaxud filiala köçürülür, vəzifəsi artırılır və yaxud işdən azad edilir. Bayram günlərində əmək bazarında məhsuldarlıq ensə də, bu zamanı lazımi şirkət və insanlar haqqında məlumat toplamağa sərf edin. Təbii olaraq, tətil bitdikdə hər kəs ix axtarmaq yarışına qoşulduqda siz bir addım öndə olacaqsınız.

İşə ancaq məndən daha yüksək qabiliyyətli insanları götürürlər, məni deyil

Bu yalnış fikridir. Doğrudur, hər kəs eyni dərəcədə yüksək qabiliyyətlərə malik olmasa da, öz qabiliyyətlərinizi heçə saymayın. Unutmayın ki, özünüzə inamınız olmasa, sahib olduğunuz bacarıqları belə işə tətbiq edə bilməyəcəksiniz. Optimist olun və mütləq olaraq uğura nail olacaqsınız!

İşə ancaq qohumluq əsasında götürürlər:

Əlbəttə, bəzi şirkətlər hələ də “qohumbazlıq” prinsipi ilə hərəkət etsə də, qlobal əmək bazarında bu təcrübə artıq geridə qalmaqdadır. İndi professional keyfiyyət və məhsuldarlıq səviyyəsi daha yüksək qiymətləndirilir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.