25 C
Baku
Saturday, April 20, 2024

İş sənin axırına çıxınca, sən işin axırına çıx

Bəzən insan işdə özünü həddindən artıq yüklənmiş hiss edir, iş prosesinin stressinə tab gətirə bilmir, gündən-günə geriləyir. İş insanı o qədər yorur ki, o şəxsi və peşəkar inkişafına diqqət ayıra bilmir, irəli getməkdənsə gündən-günə gerilədiyini hiss edir. İnsan işləri yarımçıq saxlayır, bir işi bitirməmiş digərinə keçir. İşlər qalaq-qalaq yığılır, adam bilərəkdən çətin tapşırıqların həll edilməsini ləngidir və nəticədə özünüqiymətləndirmə zəifləyir, digər tərəfdən insan özünü işinə lazımınca sərf edə bilmədiyi üçün vicdan əzabı çəkir. 

Sadaladıqlarım bu və ya digər dərədəcə hamının başına gələ bilər. Vəziyyətdən çıxış yolunda ilik addım isə düşdüyünüz vəziyyəti dərk etməkdir. Məhz köməyə ehtiyacınızın olduğunu dərk etməklə özünüzə ilk köməyi göstərmiş olursunuz. Düzdür, hətta bizim də bütün suallara cavabımız yoxdur, amma sizinlə bu sahədəki mövcud təcrübəni və fikirlərimizi paylaşa bilərik. Siz görəcəksiniz ki, bəzi ideyalar həddindən artıq sadə və ya qeyri real təsir bağışlayır. Amma həmçinin elə ideyalar da vardır ki, onlar olduqca konkretdir və fikrin bir tapşırıq üzərində cəmlənməsi, həmçinin yaddaşın yaxşılaşması baxımından kifayət qədər effektivdir.

İcazə verin işdə yüklənməyi azaltmaq üçün ən əsas, ümumi və sadə yolları izah edək:

* Öz qeydinizə qalın. Həyatın və işinizin nə qədər narahat və stressli olmasına baxmayaraq, özünüz üçün də vaxt ayırın. Düzgün qidalanın, yuxunuzu alın, çoxlu su (maye) qəbul edin və müntəzəm məşqlər edin. Sağlamlığınızın zəifləməsinə, tükənmiş və tamamı ilə əldən düşmüş olduğunuza görə heç kəs sizi mükafatlandıracaq deyil. Əlbəttə ki, bundan da ən çox zərər çəkən sizin işiniz olacaq. Hər gün, mütləq şəkildə heç bir bəhanə olmadan nahar vaxtını ötürməyin, lazımı fasilələrdən istifadə edin.

* Gün ərzində aydın sərhədlər təyin edin. İşləməli olduğunuz saatları müəyyən edin (sizin iş yeriniz tərəfindən tələb olunan) və saatlarından artıq işləmək barədə qərar verdiyiniz saatlara sərt limitlər təyin edin. Şəxsi saatlarınızı və iş saatlarınızı bir-birindən ayırın. Əgər siz iş və şəxsi saatlarınızı qarışdırsanız, onda boz zonaya düşəcəksiniz, heç zaman özünüzü nə tamamı ilə işdə, nə də tamamı ilə evdə hiss etməyəcəksiniz. İşdə olduğunuz müddətdə ev, evdə olduğunuz müddətdə isə iş üçün narahatlıq keçirəcəksiniz. Boz zonadan qaçmağa, ondan yayınmağa çalışın! Boz zonada olmayanda, hətta yatdığınız yuxunun keyfiyyətinin də nə qədər yüksəldiyini hiss edəcəksiniz.

* İşinizə aydınlıq gətirmək üçün özünüzə suallar verin. İşlərin öhdəsindən necə gəldiyinizi müntəzəm olaraq qiymətləndirin. Bunu etməyin yollarından biri özünə suallar vermək və öz işinlə bağlı sağlam perspektivlər tapmaqdır, bu sizə ən vacib şeylər üzərində fokus olmağa kömək edəcək. Məsələn, siz gün də 10 dəfə e-mail ünvanını yoxlamaqla öz məşğulluğunuzu azaldır və effektivliyinizi aşağı salırsınız, fikriniz yayınır.

Özünüzə bu sualı verin: “Bunu indi, 5 il, 5 ay və ya 5 həftə sonra etməyimin hər hansı bir fərqi varmı?” “Bunu etməyim, məni öz hədəfimə daha yaxın edirmi? Mən nəyə görə bunu edirəm?”

İndi isə icazə verin, öz fikrinizi cəmləmək və bir tapşırığı vaxtında bitirmək, həmçinin yaddaşı möhkəmlətmək ilə bağlı tövsiyələrimizi təqdim edək:

* Etməli olduğunuz işlərin siyahısını hazırlayın. Beyniniz təmizləyərək, etməli olduqlarınızı kağız üzərinə və ya elektron formatda hazırlanmış iş siyahısına tökün. Bu iş cədvəl və təqviminizi hər gün təzələyin. Tapşırıqları həll etdikcə, onların üzərindən xətt çəkin. Siz bunu etməklə, bir növ işlərin icra olunması hissi ilə özünüzü mükaflandırmış olursunuz. Həmçinin yaddaşınızdan nəyinsə çıxmasına görə narahat olmayanda, siz əlinizdəki tapşırıq üzərində öz diqqətinizi daha yaxşı cəmləyə bilirsiniz.

* Ümumiyyətlə isə diqqət yayındırıcı faktorları mümkün qədər azaldın, xüsusən də böyük zəhmət tələb edən tapşırıqlar ilə bağlı məsələlərdə. Özünüz də hiss etmədən bu faktorlar sizin bəhanənizə çevrilir. Növbəti elektron məktuba cavab vermək, tapşırığın artıq bitmək üzrə olması hissi ilə özünü aldatmaq, vacib işi vaxtında etmədiyinizə görə üzrxahlıqlar və s. Fasiləsiz –heç kəsin müdaxilə etməyəcəyi bir vaxt təyin edin –heç bir telefon zəngi, heç bir e-mail, həmkarlarla söhbətə girməmək. Lazım gəlsə zəngləri səsli mesaja göndərmək, ofisin qapısını bağlı saxlamaq üçün rəhbərinizdən icazə alın və tapşırığı qurtarana qədər iş yoldaşlarınızın sizi narahat etməməsini xahiş edin.

* Özünüzü başa düşmək üçün müəyyən qədər vaxt ayırın, xüsusi ilə də əgər tapşırığın icrası ilə bağlı problem yaranarsa. Bəzi insanlar digərlərinin onlar haqqında nə düşündüklərinə həddindən artıq önəm verirlər. Nə qədər qəribə olsa da, onlar fikirləşirlər ki, əgər tapşırığı başa çatdırmasalar, buna görə heç kəs onları mühakimə etməyəcək. Yəni onlar düşünür ki, tapşırığı yetərincə səy göstərməməyə görə, onu sona çatdırmamaqda ittiham edilmək, tapşırığı həll etmək üçün yetərincə qabiliyyətin olmadığına görə ittiham edilməkdən daha yaxşıdır. Belə halda onlar birincini seçir.

Bəzi insanlar isə uğurdan qorxurlar, onlar fikirləşirlər ki, gələn dəfə onlarla bağlı gözləntilər daha da çoxalacaq. Digərlərini isə daima perfeksionizm hissi (mükəmməlik, kamilliyə can atmaq) müşayiət edir. Hər bir tapşırığın yalnız mükəmməl səviyyədə icra edilməsinə ehtiyac duymaq, həmin tapşırığın ümumiyyətlə heç vaxt hazır olmaması üçün ideal formuladır. Məhsuldar insanlar isə tərəqqini mükəmməllikdən daha üstün tuturlar. Bəs sizə öz fikrinizi tapşırıq üzərində cəmləməyə hansı cəhətlər və gözləntilər mane olur, bu haqda düşünün?

Yenə də çox şey sizin işlədiyiniz şərait və kollektivdən asılıdır, ola bilər ki, siz öz müdirinizdən və ya iş yoldaşlarınızdan sizə müxtəlif tapşırıqlarla bağlı işlərdə kömək etməyi xahiş edə bilərsiniz. Biz ümid edirik ki, işdə və eləcə də evdə sizi dəstəkləyən kollektiv və ailəniz vardır.

Səmimi qəlbdən inanmaq istərdik ki, bu ideyalar sizə faydalı və yardımçı olacaqdır. Ağır və yüksək tələbləri olan iş yükünün altında olduqda tükənməmək, diqqətini yayındırmamaq və yaddaşını qorumaq kifayət qədər zəhmət tələb edən, çətin bir məsələdir. Amma düşdüyünüz vəziyyəti dərk etməklə və yardım istəməklə, siz artıq pozitiv dəyişikliklər etməyə doğru ilk addım atırsınız.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər