19 C
Baku
Thursday, April 25, 2024

İSB: Avtomobillərin icbari sığorta üzrə daxilolmalar 19% azalıb

2017-ci ilin fevral ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVSMMİS) üzrə 64123 elektron sığorta müqaviləsi qeydiyyata alınıb.

İSB-dən verilən məlumata görə, bunların 8191-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. 2017-ci ilin fevral ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 5 088 747 manat təşkil edib. Ötən ilin fevral ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 15,2% azalma, sığorta haqlarının məbləğində isə 18,9% azalma müşahidə edilib.

1 noyabr 2016-cı il tarixindən etibarən avtomobillər üçün icbari sığorta müqavilələrinin kağız şəhadətnamə blanklarında deyil, elektron sənəd formasında bağlanılmasına başlanılmışdır və 1 noyabr tarixinədək informasiya sistemi vasitəsi ilə bağlanılan avtomobillərin icbari sığorta müqavilələri təminat müddətlərinin bitdiyi tarixədək sığorta təminatına daxildirlər.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər