İSB ötən ili 546 min manatlıq mənfəətlə başa vurub

İcbari Sığorta Bürosu ötən il aktivlərini artırıb.

İSB-nin saytında yer alan hesabata əsasən xəbər verir ki, İSB-nin məcmu aktivləri 2016-cı illə müqayisədə 4,35% artaraq 36 mln. 68,831 min manat olub.

Hesabat dövründə şirkətin öhdəlikləri 14,5% artaraq 7 mln. 563,260 min manat olub.

2017-ci ildə İSB-nin cəmi gəlirləri 9 mln. 95 min 334 manat, cəmi xərcləri 8 mln. 549 min 623 manat olub.

Büro ötən ili 545,711 min manat xalis mənfəətlə başa vurub.

📝 RƏY BİLDİR