13 C
Baku
Friday, April 19, 2024

Ötən ay 45 ədəd Yaşıl Kart müqaviləsi bağlanılıb

Yanvar ayında Yaşıl Kart sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar tərəfindən İran və Türkiyə ölkələrinə səfər edən avtonəqliyyat vasitələri üçün 45 ədəd beynəlxalq sığorta müqaviləsi bağlanılıb.

İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, beynəlxalq sığorta müqavilələri üzrə daxil olan sığorta haqları 5 963 manat təşkil edib.

Yaşıl kart üzrə bağlanılan müqavilələrin 17 ədədi minik, 13 ədədi yük, 12 ədədi qoşqu, 3 ədədi avtobus kateqoriyası üzrə olan nəqliyyat vasitələri ilə bağlı olub. Bağlanılan müqavilələr üzrə ən aşağı sığorta haqqı 12 manat, ən yüksək sığorta haqqı 440 manat təşkil edib.

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər