16 C
Baku
Thursday, March 28, 2024

İşçilər həmkarlarının daha çox qazandığını öyrənəndə daha az məhsuldar olurlar

İşçilər, üst rəhbərlərinin yüksək maaşları ilə motivasiya edilirlər. Əməkdaşların əmək haqqı nisbəti isə əks təsir göstərir.

Əmək haqqının müzakirəsi məsələsində şirkətlər iki növə bölünür. Bəziləri qazanc məlumatlarının açıqlanmasını qadağan edir və hətta NDA imzalamağa məcbur edirlər. Digərləri, əksinə, açıq siyasət aparırlar. Harvard Business School-dan Zoe Cullen və UCLA-dan  Ricardo Perez-Tragulia tərəfindən edilən bir araşdırma, hər iki strategiyanın doğruluğunun yarı-yarıya olduğunu bildirir.

Böyük Asiya bankının 2060 işçilərinin arasında aparılan sorğuya əsasən, müəlliflər aydınlıq gətiriblər: insanlar həmkarlarının daha çox qazandığını öyrənəndə daha az məhsuldar olurlar. Bununla yanaşı əgər onlar rəhbərliyin maaşını düzgün bilmirlərsə və onun əmək haqqı dərəcəsi gözləniləndən yüksək olarsa  əmək məhsuldarlığı tərsinə olaraq artır.

Araşdırmada dəqiq nisbət göstərilir: həmkarlarının təklif olunan maaşın hər 1% artımına, digər işçilərin iş vaxtı 0.94% azalır. Həmdə eyni vəzifədə çalışan insanların hər 1% artımına 0,225% işdən çıxma qeydə alınır.. Cullen yazır ki, bu nəticələr işəgötürənlərin, tez-tez maaş məlumatlarının açıqlamamasına səbəb olur.

Menecerlərin qazanclarına gəldikdə, müəlliflər əks statistika verirlər. Menecerin təxmin edilən əmək haqqının hər 1% artımı-i işəgötürənlərin iş saatı sayını 0,15% artırır. Başqa sözlə desək, rəhbər gözləniləndən çox qazanırsa, işçilər daha məhsuldar olurlar. Liderlərin  yüksək əmək haqqı alması işi daha da stimullaşdırır, araşdırmanın müəllifləri deyirlər. Açıqlaması isə- eyni maaşı ala bilmək əminliydir.

Son xəbərlər
Digər xəbərlər