22 C
Baku
Friday, April 19, 2024

İşçilərimizin sayının azaldılmasını son addım olaraq görmək istərdik

“Biz hazırda optimallaşdırma siyasəti aparırıq”.

Kreditləşmənin həcmi aşağı düşdüyü zaman, təbii ki, bankların filiallarının sayı da azalmalıdır.

Banker.az xəbər verir ki, bu barədə “APA-Economics”ə açıqlamasında “Unibank” ASC-nin İdarə Heyətinin sədri Faiq Hüseynov deyib.

F. Hüseynovun sözlərinə görə, bank artıq bir neçə filialını bağlayıb:

“Sürətli inkişaf dövrünün başlanğıcı olan 2006-2007-ci illərdən etibarən biz də digər banklar kimi hər 1-2 kilometrdən bir filial açırdıq.

Amma bazar onu göstərdi ki, bu, o qədər də səmərəli addım deyildi. Bu səbəbdən biz hazırda optimallaşdırma siyasəti aparırıq.

Sadəcə biz çalışırdıq ki, müştərilərimizə həddindən artıq yaxın olaq. Amma indi görünür ki, bu qədər filial lazım deyil. Kreditləşmənin həcmi aşağı düşdüyü zaman, təbii ki, bankların filiallarının sayı da azalmalıdır. Filialların sayı azalanda bəllidir ki, işçilərin də sayı müəyyən qədər azalacaq.

Amma işçilərin sayını azaltmaq məsələsində sosial məsuliyyət var. İşçilərin sayının azaldılmasını son addım olaraq görmək istərdim. İşçilərin sayının azaldılmasındansa, başqa xərcləri, məsrəfləri azaltmaq, müəyyən qədər maaşların səviyyəsini korreksiya etmək lazımdır. Son ana qədər iş yerlərinin qorunmasına çalışmaq lazımdır”.

Son xəbərlər
Digər xəbərlər