23 C
Baku
Friday, April 26, 2024

İşdə xoşagəlməz hallardan necə çıxmaq olar?

Biz günümüzün böyük hissəsini işdə öz kolleqalarımız ilə birgə keçiririk. İş şəraitində insanlar arasında xoşagəlməz hallar tez-tez yaşanır. Və bəzən də yaxşı münasibəti qoruyub saxlamaqla bu vəziyyətdən çıxmaq elə də asan deyil. 

Xoşagəlməz halların sizi çətin vəziyyətdə qoymaması və əməkdaşlarla münasibəti qoruyub saxlamaq üçün bəzi məsləhətləri diqqətinizə çatdırırıq.

Sizdən pul istədikdə nə etməli?

Pul – hər zaman hər kəsin yaralı yeridir. Sizdən pulun hansı məqsədlərlə tələb edilməsi vacib deyil, lakin maddi vəziyyətinizdən asılı olmayaraq rədd cavabı vermək heç də asan deyil. Reaksiyanız konkret vəziyyətdən asılı olmalıdır. Qınaq dolu baxışlara tuş gəlməmək üçün bayram hədiyyələrinə yığılan pulu dəstəkləməyiniz lazımdır. Əgər maddi vəziyyətinizə görə bunu asanlıqla edə bilmirsinizsə, bacardığınız məbləği təqdim edin. Bununla məsələyə biganə qalmadığınızı və ümumi işə bağlı olduğunuzu sübut etmiş olacaqsınız. Yaxud da öz vəziyyətinizi izah edə bilərsiniz, lakin bu zaman sərt reaksiya və tənqidə ehtiyac yoxdur.

Hədiyyələr

Kiməsə hədiyyə bəxş etmək könüllü edilən bir jestdir. İş yoldaşınız doğum gününüzdə sizə hədiyyə bəxş edibsə, sizin də eyni hərəkəti təkrar etməli olduğunuz fikri yalnışdır. Lakin bu zaman inciklikdən qaça bilməyəcəksiniz. İstənilən halda edilmiş yaxşı jestə cavab verməyiniz məqsədə uyğun olardı. Kollektivdə ayrı-seçkiliyin olmaması üçün ad günləri ilə bağlı korporativ qaydalar olmalıdır. Əgər sizin çalışdığınız şirkətdə bu qaydalar hələ də yoxdursa, onları yaratmaqda gecikməyin.

Maaş və bonusların müzakirə edilməsi

Əmək haqlarının və bonuslarının verilməsi sistemi əməkdaşdan asılı olaraq fərdi şəkildə ola bilər. Ümumi həsəd və arxanızca söz-söhbətlərin yaranmasını istəmirsinizsə bu mövzuda olan söhbətlərdən uzaq olun. Söhbət zamanı bu mövzunun müzakirə üçün heç də yaxşı olmadığını bildirə bilərsiniz. İstənilən halda, bu pulların fonunda dost münasibətlərinin pozulmasından yaxşıdır.

 Birgə bayramlar

İş yoldaşlarınızla qeyri-rəsmi mühitdə zaman keçirmək heç də pis deyil. Hətta kolleqalarınız ən yaxın dostunuz deyilsə, bunu etmək şansınız da yaranacaq. Birgə keçirilən zaman ərzində spirtli içkilər qəbul etməyin, mübahisəli mövzulara toxunmayın və sadəcə dincəlməyə və tətildən zövq almağa çalışın. Korporativ abu-havanı pozmaq heç də xeyrinizə olmayacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər