18 C
Baku
Thursday, April 25, 2024

İşdə yol verdiyimiz xətalar hansılardır?

Heç kəs öz işini pis şəkildə görməyi, uğursuzluğa düçar olmağı arzulamaz. Lakin buna baxmayaraq, insanlar hər gün eyni səhvləri təkrarlayır və problemləri özünə cəlb etmiş olur.

Ola bilsin, siz də fərqində belə olmadan öz iş məhsuldarlığınızı aşağı salır və uğurunuzu gecikdirmiş olursunuz. Aşağıda gündəlik işinizi qaydalar çərçivəsində həyata keçirməyə mane olan əsas xətaları diqqətinizə çatdırırıq.

Qeyri-real gözləntiləriniz var:

Enerjili, hər şeyi yerinə yetirməyi bacaran və əvəzsiz əməkdaş olaraq sizdən hər dəfə nəisə bir şey tələb etdiklərində avtomatik olaraq “hə” deyirsiniz. Bu normal ola bilər, lakin bəzi geniş miqyaslı layihələr sizin öz işinizi vaxtında yerinə yetirməyə əsl əngəl rolunu oyanaya bilər.

“Mənə kömək lazımdır!” deyə təkid edirsiniz

Unutmayın ki, heç kəsə işdə “çəkdiyi əzablara” görə mükafat vermirlər. Digərlərinin sizdən daha çox təcrübəsi və nailiyyətlərinin olduğunu və sizin də həmin uğurlara nail olmaq üçün kiminsə köməyinə ehtiyacı olduğunu düşünürsünüzsə yanılırsınız. Gileylənmək əvəzinə hərəkətə keçin və hər şeyə öz gücünüzlə nail ola biləcəyinizi sübut edin.

Bütün layihələrin ideal olacağını düşünürsünüz:

Perfeksionistlər digərlərinin heç fərqində belə olmadığı xırda detallara ilişib qalaraq öz güclərini və əsəblərini sərf edirlər. Onlar başladıqları işi sona çatdırmaqda çətinlik çəkirlər. Çünki ən xırda detalın ideal olmasını istəyirlər. Əgər ətrafınızdakı insanlar sizi işini yaxşı bilən bir əməkdaş kimi tanıyırsa sizin ərsəyə gətirdiyiniz layihə məhsulu da təqdirəlayiq olacaq.

İş və şəxsi həyat arasında balans yarada bilmirsiniz:

Uzun müddətli işləmək heç də məhsuldar işləmək deyil. İşdə zamanınızı  nəyə sərf etdiyinizi təyin edin və geri qalan zamanınızdan sevdiklərinizlə keçirmək üçün daha sərfəli şəkildə istifadə edin.

Əməkdaşlarınıza həddindən artıq  paxıllıq edirsiniz:

Hər hansı bir layihədə ortaq işlədiyiniz əməkdaşların uğuru sizi ruhdan salmalı deyil. Əksinə bu sizi rəqabətə səsləməlidir. Paxıllıq etmək və neqativlə yüklənmək əvəzinə özünüzü işinizlə sübut etməyə çalışın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər