15 C
Baku
Friday, March 29, 2024

İşdən qovulmağa səbəb olan vərdişlər

Əmək bazarı – canlı orqanizmdir və bir yerdə dayanmır. Hər birimiz bu ritmə uyğunlaşmalıyıq, əks təqdirdə növbənin ən axırında dayanmaq şanslarımız yüksəkdir. Bunun baş verməməsi üçün işə olan münasibəti dəyişmək, tendensiyanı izləmək və adət etdiyimiz vərdişləri tərgitməliyik. Bir çox vərdişlər vardır ki, iş prosesində inkişaf etməyinizə mane olur və hətta bəzən işdən azad edilməyinizə gətirib çıxarır.

Bunlar hansı hallarda baş verir:

Öz uğurlarınız barədə susduqda: öz işinizi mükəmməl yerinə yetirə və əla nəticələr əldə edə bilərsiniz. Lakin bu uğurlardan heç kim xəbər tutmasa, reputasiyanızı artırmaq, mükafat əldə etmək və ümumilikdə şirkətdəki vəzifənizi yaxşılaşdıra bilməyəcəksiniz. Şirkəti uğurlarınız ilə bağlı məlumatlandırın. Əks təqdirdə çətin vaxtlarda – şirkətin ixtisar planına siz də daxil ola bilərsiniz.

Tələsik qərarlar qəbul etdikdə: İşdə impulsiv qərarlara yer yoxdur. Rəhbər hər hansı bir məsələ ilə bağlı xətrinizə dəyibsə, dərhal istefa ilə bağlı ərizə yazmaq lazım deyil.

Verdiyiniz qərarların gələcək nəticəsini düşünməmiş addım atmayın. Ən yaxşı qərarlar bir neçə saniyə ərzində qəbul edilə bilməz.

Hər şeyə həddindən artıq mənfi münasibət bəslədikdə: yeni tapşırıqlardan, cari layihələrdən, şirkətin siyasətindən və s. bir çox şeylərdən daim narazılıq bildirib gileyləndikdə əməkdaşlarınızda özünüz ilə bağlı mənfi təəssürat yaradırsınız. Sizinlə işləmək rahat olmadıqda isə şirkətdəki yerinizlə vidalaşa bilərsiniz.

Yalan danışdıqda: yalan dediyiniz aşkar olunduqda, hətta bu sona qədər sübut olunmasa belə bundan sonra sizə kiminsə güvənməsi çətin məsələ olacaq. Növbəti üç il ərzində dürüst olsanız belə, keçmişdəki yalanı heç kim unutmayacaq.

Yeni texnologiyaları qəbul etmədikdə:

Artıq sahib olduğunuz biliklərlə işləmək sizin üçün rahat ola bilər və bununla yeni texnologiyalardan istifadə etməyə ehtiyac duymaya bilərsiniz. Lakin yeni texnologiyalar işinizi rahatlada və onu daha məhsuldar edə bilər. Yenilikləri öyrənməkdən və istifadə etməkdən qorxmayan əməkdaşlarınız həmişə sizdən irəlidə olacaq.

Son xəbərlər
Digər xəbərlər