4 C
Baku
Friday, March 29, 2024

İŞİD neftdən qazanc əldə edə bilmədi

Banker.az xəbər verir ki, Dünya bankı İşid terror qruplaşmasının ələ keçirdiyi ərazilərdə yerləşən yataqlardan neft satışından əldə edə bilmədiyi faydanın miqdarını hesablayıb.

Bank dəqiq məbləğ elan etməsə də, müharibənin başlamasından işğal zamanına qədər neft hasilatı ilə bağlı hesablamalarını təqdim edib.

Sözügedən bu hesablamalara görə, İşid qruplaşması neft hasilatı ilə bağlı ən yüksək göstəriciyə 2014-cü ilin iyul ayında nail olub. Bu zaman qruplaşma üzvləri gün ərzində orta hədlə 86 000 barrel istehsal edə bilib. Payızda hasilat həcmi 56 000 barrelə qədər enib. 2016-cı ildə isə onlar bütün il boyu yalnızca gündəlik olaraq 16 000 barrel neft hasil etməyə nail olublar.

Əvvəllər belə hesab olunurdu ki, cihad qruplaşması neft satışından əhəmiyyətli miqdarda qazanc əldə edir və hər həftə təqribən 28 milyon dollar gəlir əldə edir.

Son xəbərlər
Digər xəbərlər