18 C
Baku
Wednesday, April 24, 2024

İslam sığorta modeli – Təkafül

Müəllif: Sahib Əfəndiyev, CIMA Cert BAİslam Maliyyə Sistemi öz spesifikliyi ilə ənənəvi maliyyə sistemindən fərqlənir. Bu fərqlilik özünü sığortaya yanaşmada da göstərir. Mütləq mənada əqidə nöqteyi nəzərindən İslamda sığorta qədərə qarşı olduğundan Allahın qərarlarına hörmətsizlik və bu qərarları sorğulamaq kimi dəyərləndirilir. Buna görə də sığortalanmaq şəriətdə bəyənilmir Ənənəvi sığorta mexanizmi həm də İslamın Kommersiya hüququnun (Fiqh Al Muamalat) əsaslarına zidd olduğu üçün haram hesab olunur.  Fiqh Al Muamalatın əsasları aşağıdakılardır:

  1.   Tranzaksiyalar ribavi (riba cəlb olunan tranzaksiyalar) olmamalıdır. Riba lüğəti mənada qeyri-ticari əsaslı artım,genişlənmə mənasını verir.Ribaya dair tipik misal kimi sələmçiliyi,faizçiliyi göstərmək olar.
  2.   Tranzaksiyalar Ğərardan kənar olmalıdır. Ğərar hərfi mənası etibarı ilə Naməlum Davranışları bildirir.Mülkiyyətdə olmayan və mövcud olmayan malların satışı bu qəbildən olan əməliyyatlardır.
  3.   Tranzaksiyalar Qimar və Maisirdən (şans oyunu və asan qazanc) kənar olmalıdır.
  4.   Tranzaksiyalar bütövlükdə İslamda qadağan olunan fəaliyyət sahələrini əhatə etməməli və tranzaksiya subyekti olan mal haram olmamalıdır.

  Ənənəvi sığorta mexanizmi özündə ribavi və qimar və maisir elementlərini cəm edir. Çünki sığorta şirkətləri yığılmış vəsaitləri sabit faiz vəd edən istiqrazlarda,bank hesablarında saxlayırlar ki,bu da ribavi əməliyyatdır. Sığorta hadisəsinin baş verməsi ehtimalı isə şansdan asılı olduğu üçün bu tranzaksiya qimar və maisir hökmündədir. Çünki hadisənin baş verib-verməməsindən asılı olaraq tərəflərdən biri digərinin hesabına qazanır,digəri isə tamamilə itirir. Buna görə də İslam Maliyyə Sistemində ənənəvi sığortaya alternativ olaraq şəriətə müvafiq Takaful modeli istifadə olunur.

    Yuxarıda da qeyd etdiyimiz kimi sığortalanmaq əqidə nöqteyi nəzərindən Allahın qərarlarını sorğulamaq kimi dəyərləndirilir. Lakin fiqh (İslam hüququ) nöqteyi nəzərindən bu bir qədər fərqlidir.Şəriət insanların dar günləri üçün azuqə yığmasında,ehtiyat tədbirləri görməsində heç bir məhdudiyyət müəyyənləşdirməyib. Hətta Məhəmməd peyğəmbər hədisində açıq-aşkar bildirir ki,sizin ailənizə var-dövlət qoyub getməniz onları başqalarına möhtac buraxmaqdan daha yaxşıdır. Göründüyü kimi ehtiyat tədbirləri görməkdə heç bir problem yoxdur. Ənənəvi sığortaya alternativ olan İslam sığorta modeli Takaful da bu prinsip üzərində qurulub. Takaful zəmanət mənasını verən ərəb köklü kafala sözündən götürülüb,birgə qorunmaya və zəmanətə əsaslanır. Mexanizm olaraq Takaful sığortalanan tərəflərin könüllü olaraq bir-birinə yardım məqsədilə təhlükələrə və zərərlərə qarşı eyni fonda ödənişləri ilə reallaşır. Bu fond müəyyənləşdirilmiş qonarar qarşlılığında takaful operatoru adlanan iştirakçı tərəfindən şəriətə müvafiq qaydada (riba,ğərar,qimar və maisirdən təcrid olunaraq) idarə olunur Takaful mexanizmi əsasən Vakala üzərində qurulur. Burada Takaful operatoru Vakil adlanır. Sığortalanan tərəflərin məruz qaldığı zərər bu fond vasitəsilə kompensasiya edilir. Həmçinin fonda yığılmış əlavə mənfəət də əvvəlcədən müəyyən edilmiş qaydada sığortalanan tərəflər arasında bölünə bilər.Takaful modelində sığortalanan tərəflər həm də sığorta edənlərdir.Yəni bu fond bütövlükdə sığorta olunanlara məxsusdur. Bu da öz növbəsində qimar və maisirdən yayınmağa imkan verir.

CityUK İslamic Finance 2011 hesabatına əsasən qlobal miqyasda takaful aktivlərinin cəmi dəyəri 13 mlrd. dollar təşkil edir. Malaziya və İran müvafiq olaraq 3.8 və 3.7 mlrd dollar göstərici ilə bu sahədə dünya liderləridir. Səudiyyə Ərəbistanı və BƏƏ  müvafiq olaraq 2.2 və 1.4 mlrd. dollar göstərici ilə növbəti pillələrdədilər .Ümumiyyətlə yuxarıda adı çəkilən bu 4 dövlət qlobal miqyasda takaful bazarında 80%-dən çox paya  malikdir. Nisbətən daha kiçik takaful bazarları olan Bəhreyn, Qətər, Bangladeş,İndoneziya,Sudan və Küveyt dövlətlərində isə bu göstərici 100 mln dollar ilə 400 mln dollar arasında dəyişir.

  Müasir zamanda Takaful artıq yalnız nəzəri bir konsepsiya deyil eyni zamanda İslam Maliyyə Sistemində praktiki olaraq tətbiq olunan bir maliyyə alətinə çevrilib. Bunu yuxarıda təqdim etdiyimiz statistik göstəricilərdən də asanlıqla müşahidə etmək olur. Təbii ki,bu göstəricilər ənənəvi sığorta sisteminin göstəriciləri ilə müqayisədə çox cılız rəqəmlərdir. Lakin  ənənəvi maliyyə sisteminin məlum böhranı, ənənəvi sığorta sisteminin ciddi zədələnməsi və eyni zamanda İslam Maliyyə Sisteminin analoqu olmayan templərlə artımı fonunda takaful yaxın gələcəkdə böyük perspektivlər vəd edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər