12 C
Baku
Wednesday, April 24, 2024

İslandiya şirkəti Bakıda bankçılıq üzrə seminar keçirib

Bakıda “Bankçılığın rəqəmsal transformasiyası – boşluqların təhlili və yol xəritəsi” adlı seminar keçirilib.

Banker.az Azərbaycan Banklar Assosiasiyasına (ABA) istinadla xəbər verir ki, İslandiyanın “Creditinfo” şirkəti tərəfindən təşkil olunmuş seminarda üzv təşkilatların risklər və satış üzrə rəhbər əməkdaşları iştirak ediblər.

Seminarda iştirakçılar iki qrupa ayrılıb. Qrupların hər biri müxtəlif proseslər üzərində işləyib. İştirakçılar mövcud kredit risklərinin idarəedilməsi proseslərini təhlil edib, strategiya, əldəetmə/yeni biznes, hesabların idarəedilməsi, yığım və qaytarma kimi boşluqları müəyyən ediblər. Həmçinin təkmilləşdirilməli olan sahələr müəyyənləşdirilib, qabaqcıl təcrübə üçün çatışmazlıqların aradan qaldırılması yolları müzakirə olunub. Qruplar proseslərin təkmilləşdirilməsi üçün təkliflər üzərində fikir mübadiləsi aparıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər