14 C
Baku
Saturday, April 27, 2024

İspan milli valyutası – peseta

* 1 peseta= 100 sentimo

* Beynəlxalq təyinatı: ESP

* Dövriyyədə olan banknotların nominalı: 50, 100, 200, 500, 1000

* Dövriyyədə olan sikkələrin nominalı: 10, 20,50, 100

1898-ci ildə İspaniyanın Latın sikkə birliyinə qoşulmasından sonra peseta eskudo-nu əvəzləyərək İspaniyanın yeganə vahid milli valyutasına çevrildi. 1979-cu ildə İspaniyada hazırda ölkədə və beynəlxalq bank sistemində dövriyyədə olan banknotların buraxılmasına başlanıldı.

Qeyd etmək lazımdır ki, ölkədə valyuta çox tez-tez modernizasiyaya cəlb olunurdu. Buna görə də əllərdə müxtəlif formalı eyni vahidli banknotlar olurdu.

1979-1880-ci illərin banknotlarına çox nadir hallarda rast gəlinir. Buna səbəb isə onların saxtalaşdırılmadan daha yaxşı qorunan 1992-ci il buraxılışlı banknotlarla əvəz olunmasıdır. Əcnəbi valyutanın İspaniyaya gətirilməsinə məhdudiyyət qoyulmur (məbləğ 80,000 pesetadan artıq olduqda bəyannamə tələb olunur).

Qeyd etmək lazımdır ki, bu ölkənin banknotları müxtəlif ölçülərə, rəng çalarına sahibdir və banknotun nominalı pulun hər iki tərəfində göstərilir.

İspaniyada turizm biznesi hələ yeni inkişaf etməsinə baxmayaraq, dövlətə böyük miqdarda gəlir gətirir.

Ölkədə hazırda avro dövriyyəsi mövcuddur. Yeni avro banknotlar 2002-ci ildə, 7 nominalda dövriyyəyə buraxılıb. Bunlar 5, 10, 20, 50, 100, 200 və 500 avroluq banknotlardır. Bu banknotların dizaynını Avstriya Milli bankının qrafiki Robert Kalina hazırlamışdır. Onların üz tərəfində Avropa mədəniyyət tarixinin 7 dövrünə aid memarlıq tərzləri, digər üzündə isə sadəcə körpülər təsvir edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər