15 C
Baku
Saturday, April 20, 2024

İspaniya bank sistemi

İspaniyanın bank sistemi hal-hazırda dövlətin diqqət mərkəzindədir. Dövlətin və eləcə də İspaniyanın gələcəyi maliyyə sistemindəki böhranın necə aradan qalxmasından asılıdır.

Böhran öncəki bir neçə il ərzində İspaniya iqtisadiyyatı dirçəliş dövrünü yaşayırdı. Gur iqtisadı artım, əcnəbi investisiya axını, liberallaşma siyasəti ispan iqtisadiyyatında əhəmiyyətli dərəcədə struktur dəyişikliklərinə səbəb oldu, bu zaman xidmət sahəsi dominant mövqe tutmağa başladı. Xüsusən də turizm industriyası ABŞ-dan sonra dünyada ikinci yerə çıxdı və onun İspan ÜDM-ində payı 5%-ə çatdı.

Həmçinin tikinti və inşaat sahəsində də nəzərə çarpacaq artıma nail olundu. İqtisadiyyatda artım, investisiya axını, çoxlu sayda iş yerinin yaradılması, digər ölkələrdən immiqrant axını, daxili tələbatın, o cümlədən daşınmaz əmlaka marağın yüksəlməsi və bütün bunlarla yanaşı Avronun tətbiqi ilə bağlı ölkədə aparılan işlər, İspaniyanın bank sisteminin böyüməsi və inkişafı ilə müşayiət olunurdu.

2009-cu ildə İspaniyadakı fərqli kredit-maliyyə təşkilatlarının sayı 150-yə yaxın idi, onların birlikdə məcmu filial və şöbələrinin sayı isə 17727 idi. Bu sistemdə demək olar ki, 140000 insan çalışırdı. 34 bank ümummilli bank statusuna malik idi. Digərlərini isə -regional, yeli və əcnəbi banklar təşkil edirdi.

Amma elə bu faktorlar əsasən əcnəbi kreditorlardan cəlb olunan vəsait hesabına ipoteka kreditləşməsinin artmasına rəvac verdi. Bu ipoteka kreditləri sonradan işə düşən zaman minalarına çevrildi və onlar ispan iqtisadiyyatını sarsıtdı. Belə məlum oldu ki, İspaniya əhalisi son 10 il ərzində borca yaşayırmış. Əhlinin borcu onun gəlirlərini əhəmiyyətli dərəcədə, 25-30% üstələyir. Qlobal maliyyə böhranı bu zaman detonator rolunu oynadı və bu mina partladı. Baş qaldıran dəhşətli və qəddar böhran İspaniyanın bank sistemində də ağır zərbə endirdi.

Bu gün böhran əleyhinə tədbirlər sistemi həm milli, həm də regional –Avropa İttifaqı səviyyəsində aparılır. Qarşıda duran ilk məsələ maliyyə sisteminin stabilləşməsidir. Bir sıra qanunlar qəbul olunmuş, böhran əleyhinə tədbirlər planı hazırlanmış, xüsusi fondlar və dövlət qarantiyaları sistemi yaradılmışdır. Bank sisteminin yenidən strukturlaşması istiqamətində iş başlamışdır.

Bankların birləşməsi, milliləşdirilməsi, yenidənqurma və udulması nəticəsində ümummilli 45 bankdan 2012-ci ilin mayına qədər cəmi 15 bank qalmışdır. Avqust ayında isə bu rəqəm artıq 13-ə endi. Bu gün İspaniyanın bank sistemi aşağıdakı müəssisələr ilə təmsil olunur.

Santander, BBVA (Banco Bilbao Vizcaya Argentaria), Caixa Bank, Bankia, Banco Sabadell, Banco Popular, Catalunya Caixa, Kutxa Bank, NovaGalicia Banco, BMN (Banca Mare Nostrum), Ibercaja – Liberbank, Bankinter, Unicaja.
İspaniyanın bank sistemində restrukturlaşma davam edir, ona görə də bank sistemində növbəti dəyişiklikləri də gözləməyə dəyər.

Son xəbərlər
Digər xəbərlər