15 C
Baku
Friday, April 26, 2024

İspaniya maliyyə sisteminin tarixi

İspan maliyyə sistemi nisbətən məhdud tarixə malikdir və XIX əsrdə yaranmışdır. İkinci dünya müharibəsinin sona çatmasından 1977-ci ilə qədər olan dövrdə hər hansı mühüm bir dəyişiklik müşahidə olunmamışdı.

Burada banklar haqqında əsas qanun 1946-cı ildə qəbul olunmuş, çoxsaylı fərman və qanunlar ilə, o cümlədən 1983-cü ildən nağd pul sistemi, 1985-ci ildən məcburi investisiyalar, özəl öbyektlər və konsolidasiya əmsalı ilə tamamlanmış bank idarəetməsinə aid qanundur.

İtaliyada olduğu kimi İspaniyada da bankın sələfləri əmanət bankları, əvvəllər isə hətta XV əsrdə sələmçiliklə mübarizə və yoxsullara faizsiz kredit vermək üçün yaradılmış lombardlar idi. İlk əmanət bankı 1834-cü ildə Xerez şəhərində açılmışdı. Onun ardınca 1883-cü ildə kral fərmanı ilə Madriddə də əmanət bankı yaradıldı. Digər ölkələrdə olduğu kimi, burada da onların vəzifəsi milli qənaətə təşviq etmək idi və lombardlar ilə bu səbəbdən onların təbii əlaqəsi var idi.

Hökumətin təzyiqi altında əmanət banklarının şəbəkəsi bütün İspaniya ərazisində genişlənirdi. Hazır ki, dövrümüzdə onların sayı 9500 agentliklə birlikdə 80 hesab olunur. İspan hüquqşünasları İspaniyanın əmanət banklarının təbiətləri haqqında (şəxsi və ya ümumi olmaları ilə bağlı) müzakirələr edirlər. Əmanət bankları əvvəlki kimi indi də əsas olaraq xidmət göstərməyə diqqət yönəldir və gəlir əldə etmək məqsədi güdmür. Digər ölkələrdə olduğu kimi İspaniyada da əmanət bankları sonradan birləşdirildi.

Beynəlxalq arenada rəqabət qabiliyyətini saxlamaq üçün 80-ci illərin sonlarında əmanət banklarının birləşməsi prosesi başladı. Bunun nəticəsi olaraq böyüklüyünə görə ölkədə maliyyə qrupları içərisində birinci yerdə olan CAIXA yaradıldı. İspaniyanın daxilində əmanət banklarının birləşməsi ilə böyük kassalar xarici tərəfdaşları ilə sektorlar yaratmağa başladılar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər