15 C
Baku
Saturday, April 20, 2024

İsrail kriptovalyutaya vergi tətbiq edir

Banker.az xəbər verir ki, İsrailin Vergilər nazirliyi kriptovalyutaların vergiyə cəlb edilməsi haqqında qanunun qaralamasını nəşr edib. Sənədə əsasən, kriptotokenlər aktiv olaraq tanınır, ICO ilə gəlir əldə edən şirkətlər isə vergi ödəməyə təhkim edilir. Bu qanun token əldə edən şəxslərə də şamil edilir.

Vergi bu məntiq əsasında tətbiq edilir: virtual valyuta – müəyyən şəxsin və yaxud şirkətin əmlakıdır, deməli, bu istənilən halda kapital artımına səbəb olan aktivdir.

Kriptovalyuta alan və satan şirkətlər digər aktivlərdə olduğu kimi gəlir və xərcləri barədə hesabat verməlidirlər. Fiziki şəxslərə gəldikdə isə, qanun müəllifləri belə düşünür ki, “token satışından əldə edilən gəlir biznes gəliri səviyyəsinə çatarsa vergiyə cəlb ediləcək. Çünki bu zaman onun gəliri kommersiya xarakteri daşıyacaq”.

Son xəbərlər
Digər xəbərlər