14 C
Baku
Saturday, April 27, 2024

İsrailin əsas bankları

İsrail dövlətinin bank sistemi digər inkişaf etmiş ölkələrin bank sistemlərindən bir o qədər də fərqlənmir. İsrailin bank sistemi iki pilləli, yəni İsrail dövlət bankı və kommersiya banklarından ibarətdir. Kommersiya banklarının böyük səhm paketləri İsrail hökumətinə mənsubdur.

İsrail dövlətinin mərkəzi bankı ölkənin bank sektorunu tənzimləyən – İsrail bankı (Bank of Israel)-dır. Bu bank pul nişanlarının buraxılmasında monopoliyaya malikdir; hökumətə dəstək göstərir (qısa müddətli kreditlər); dövlət borcu ilə bağlı suallar yarandıqda İsrail hökumətinin agenti olaraq çıxış edir. İsrail Bankının ehtiyatları 2001-ci ildə 23,5 milyard şekel təşkil edirdi. 1 may 2005-ci ildən İsrail Bankına məşhur iqtisadçı, BVF-nin keçmiş rəis müavini professor Stenli Fişer rəhbərlik edir.

İsrailin ən nəhəng kommersiya bankları Apoalim bankı, Leumi bankı və Diskont bankıdır. Bu üç liderin ardınca Mizrahi-Tfahot bankı və İsrailin ilk beynəlxalq bankı gəlir.

Apoalim bankı (“işçi bankı”) 1921-ci ildə iki nəhəng həmkarlar ittifaqı təşkilatı – Histadrut və Sionist təşkilatları tərəfindən yaradılıb. Hazırda Apoalim bankının fiziki şəxslərlə işləyən 252 bölməsi fəaliyyət göstərir. 2007-ci ilin III rübündə əməliyyatlardan əldə edilən xalis gəlir 826 milyon şekel təşkil edirdi. Bununla yanaşı, bu bank 2007-ci ildə Global Finance jurnalının versiyasına əsasən İsrailin ən yaxşı bankı seçilmişdi.

Leumi bankı Apoalim bankının əsas rəqibidir və 1898-ci ilin avqustunda yaradılmışdır. Hazırda Leumi bankı İsraildə və digər ölkələrdə yüzlərlə filiallara sahibdir. Leumi bankı nəhəng şirkətlər qrupu olan Leumi-nin törəmə şirkətidir. 2008-ci ildə Leumi bankı The Banker jurnalının versiyasına əsasən İsrailin ən yaxşı bankı seçilmişdi.

Diskont bankı 1935-ci ildə yaradılıb və hazırda ölkə ərazisində 129 filiala sahibdir. Diskont bankının iki törəmə bankı da var – “Merkantil Diskont” və “Diskont le-Maşkantaot”. Sözügedən bu bank həmçinin İsrailin ilk beynəlxalq bankının 26,4% səhminə də sahibdir. Bank hazırda dövlət təşkilatları, təhsil sahəsində çalışanlar üçün bank xidmətləri təqdim edir.

Mizrahi-Tfahot bankı İsrailin iki nəhəng ipoteka bankı – Tfahot və Mizrahi bankın birləşdirilməsi nəticəsində yaradılıb. Bu bankın Avropa ölkələrində, hər iki Amerika qitəsində və hətta Kayman adalarında nümayəndəlikləri fəaliyyət göstərir.

İsrailin ilk beynəlxalq bankı əsas olaraq beynəlxalq biznesə hədəflənib. Bu bankın törəmə bankı olan Ubank çox varlı insanlara VIP xidmətlər təqdim edir.

İsraildə həmçinin nəhəng beynəlxalq investisiya banklarının nümayəndəlikləri fəaliyyət göstərir. Bu banklara misal olaraq HSBC, Citibank, StateBankofIndia və s.ni göstərmək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər