İşsiz qalmaqdan sığortalanmaq mümkündür?

Bildiyinizi kimi ölkədə işçilər haqqında belə bir qanun mövcuddur. Bu qanun, həyat üçün yüksək təhlükə mənbəyi olan işlərdə çalışan işçilərin, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən işəgötürən tərəfindən mütləq icbari sığorta edilməsi nəzərdə tutulmuşdur. Bədbəxt hadisələrdən, peşə xəstəliklərindən icbari sığorta edilməli olan işçilərin siyahısı, sığorta haqqının məbləği kollektiv müqavilələrdə, əmək müqavilələrində sığorta təşkilatları ilə bağlanmış müqavilələr əsasında müəyyən edilirdi. Biz sözlə bu sığorta növü vasitəsilə, işinizi deyil, həyatınızı sığortalayırsınız. Bu sığorta növü ilə yalnız aşağıdakı hallarda ödənişlər almağınız mümkündür.

  • İşəgötürən tərəfindən ayrılmış nəqliyyat vasitəsi ilə işçilərin iş yerinə gətirilib-aparılması zamanı baş verən qəzalar
  • İşçilərin işəgötürən tərəfindən ezam edildikləri yerlərdə əsas işlə bağlı olmayan fəaliyyətlə məşğul olduqları zaman baş verən iş qəzaları
  • Azərbaycan Respublikasının ərazi hüdudlarından kənarda baş verən iş qəzaları
  • Peşə xəstəlikləri
  • Mənəvi ziyanla bağlı ödəniş tələbləri

Bəs işsizlikdən necə sığortalanmaq olar?

Digər ölkələrdə işsizlik sığortası anlayışı fərqlidir. Və demək olar ki, bu sığorta növü ölkəmizdə mövcud deyil. Xaricdə işsizlik  sığortası vasitəsilər işçilər  öz istək və qüsuru  xaricində işini itirənlərin uğradıqları  gəlir  itkilərini  qisməndə  olsa  qarşılayaraq özünün  və ailə fərdlərinin  çətin  vəziyyətə  düşməsinin  qarşısını  alaraq  sığortaçılıq  texnikası  ilə  fəaliyyət  götərən , dövlət  tərəfindən sığortalanırlar.

İşsiz  qaldığı  müddət  ərzində sığortalı işsizlərin  gəlir  itkisi bir ölçüdə  işsizliklə qarşılaşdığından  sığortalı  işsizlər özlərinə  daha  uyğun olan iş  sahəsində  axtarışlar aparırlar.

Misal üçün digər xarici bir ölkənin qanunlarına əsasən,“əmək müqaviləsinin başa çatmasından əvvəlki 3 il ərzində ən az 600 gün sığortalı olaraq işləyib, işsizlik sığortası haqqını ödəyən və işdən çıxarılmadan əvvəl axırıncı 120 gün içində sığorta haqqını ödəyərək davamlı sürətdə çalısan işçilər, işsizlik ödənişi almaq hüququnu əldə edirlər. Fərdi və ya kollektiv sürətdə işdən çıxarılan işçilər əgər qanuni şərtlər varsa, issizlik sığortası ilə verilən ödənis və digər sosial təminatlardan istifadə edə bilər. İşsizlik sığortası müvəqqəti bir müddət ərzində işsiz qalan sığortalıya “issizlik ödənisi” adlanan pul köməkliyidir.  Əmək haqqını əvəz edən bu ödəniş ilə sığortalı işsizə gəlir təminatı verilir.

Lakin, ölkəmizdə hələ də sığorta sahəsində irəliləyiş o qədər də olmayıb. Bu haqda sığorta növünün mövcüd olmadığını, əlaqə saxladığımız bir neçə sığorta şirkətləri də təsdiqləyir.

İşinizi itirdiyiniz zaman isə sizə sadəcə olaraq, son ayın maaşı ilə bağlı ödəniş olunur.

Araşdırmalar onu göstərir ki, sığorta ödənişləri və sığorta müqavilələrində artımlar qeydə alınsa da, sığorta məhsullarının inkişaf dinamikası hələ də geridir.