15 C
Baku
Saturday, April 20, 2024

Bu qurumlar “İşsizlikdən sığorta fondu”nun gəlirlərini maliyyələşdirəcək

Milli Məclis tərəfindən Prezidentə göndərilən “İşsizlikdən sığorta fondu”nun 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikasının Qanunu Prezident tərəfindən təsdiqlənib.

Maddə 1-də göstərilir ki, İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin gəlirləri 89 040 000,0 manat, xərcləri 89 040 000,0 manat məbləğində təsdiq edilir.

2018-ci ildə İşsizlikdən sığorta fondunun gəlirləri aşağıdakı daxilolmalar hesabına formalaşır:

  Gəlirlərin mənbələri Məbləğ (manatla)
1. İşsizlikdən sığorta üzrə sığorta haqları, cəmi

o cümlədən:

89 020 000,0
1.1. büdcədən maliyyələşən təşkilatlar üzrə 17 726 212,0
1.2. büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 17 726 212,0
1.3. digər sığortaedənlər 53 567 576,0
2. Sair gəlirlər 20 000,0

 

İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsinin xərcləri aşağıdakı istiqamətlərdə həyata keçirilir:

  Xərclərin istiqamətləri Məbləğ (manatla)
1. İşsizliyə görə sığorta ödənişləri  33 478 000,0
2. Peşə hazırlığı və əlavə təhsilin təşkili 1 613 000,0
3. Peşə yönümünə dair məsləhət xidmətlərinin

göstərilməsi

 

1 150 000,0

4. Əmək yarmarkalarının, əmək birjalarının təşkili 120 000,0
5. Haqqı ödənilən ictimai işlərin təşkili 1 788 000,0
6. Özünüməşğulluq tədbirlərinin təşkili 35 802 000,0
7. Sığortaolunanların əmək haqqının müəyyən hissəsinin müəyyən müddətə (3 ay, 6 ay, 9 ay, 1 il) sığortaedənlərlə birlikdə maliyyələşdirilməsi  

 

1 380 000,0

8. Məşğulluq xidməti orqanının aparatının və onun yerli orqanlarının saxlanılması xərcləri  

13 709 000,0

 

İşsizlikdən sığorta haqlarının daxil olmasına nəzarət və işsizlikdən sığorta fonduna köçürülməsi: Müvafiq icra hakimiyyəti orqanı sığorta haqları üzrə hər ay üçün toplanmış vəsaitləri növbəti ayın 1-dək işsizlikdən sığorta fonduna köçürür.

Məlumatda qeyd edilir ki, qalıqlar ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaitləri növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Qeyd edək ki, bu Qanun 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Son xəbərlər
Digər xəbərlər