12 C
Baku
Wednesday, April 24, 2024

İstedad və müdriklik

Postindustrial iqtisadiyyat, bilik cəmiyyəti, radikal innovasiyalar – müasir biznesi narahat edən əsas mövzular bunlardır. Rəhbərlər istedadlı əməkdaşları cəlb etmək haqqında ciddi düşünürlər və təcrübə aparmağa başlayırlar. Nəticələr ziddiyyətli alınır.

Və istedadları idarə etmək sualı coşqun diskusiyalara səbəb olur. David Şusterman “Vedomostli”də Rusiyaya “təşkilatlarda kreativliklə mübarizə aparmaq nəzəriyyəsi və rasionallığın inkişafı” lazım olduğunu təsdiq edir. Sergey Filonoviç ona öz “Slon” bloqunda bu cür etiraz edir: “İstedadlar təhlükəli deyillər, onlara olan münasibət təhlükəlidir”. Bu diskussiya nə haqdadir?  Biznesdə kreativlik, istedad və dahilik yaxud biznesin yaradacılığa yaxınlaşmağa başlaması haqqında? Dünya qeyri xətti və sürətli, biznes isə həddindən artıq mürəkkəb olmağa başlayır. Planlaşdırma, analiz və rəhbərlik çox halda aciz qalır; təsəvvürə, yaradıcılığa və ehtirasa arxalanmağa məcbur olur.

 İstedad çox vaxt kreativlik, yenilik, yaradıcılıq qabiliyyəti hesabına təyin edilir.  Lakin yaddan çıxarmaq lazım deyil ki kreativlik və yaradıcılıq eyni deyillər. Yaradıcılıq mənaların yaradılmasıdır, kreativlik isə mənasızdır. Yaradıcılıq prosesi əslində qurucu prosesdir.  İstedad bu kontekstdə hansısa bir sahədə yeni məzmunun: yeni məhsullar, yeni strukturlar yaratmaq qabiliyyətidir. İstedad intellektul məhsul istehsal edir. “Yaradıcılıq, insanın özü haqqında unutduğu, yaradıcılıq zamanı özündə olmadığı mənəvi istehsaldır”, – deyə Nikolay Berdyayev təsdiq edir.   Mişel Kassu və Styuart “Həyat, rəssamlıq və ehtiras” kitabında yazırlar: “Yaratmaq naməlum, əsrarəngiz daxili dünya istiqamətində hərəkətdir, qabaqcadan hiss etmək, dəfn edilmiş təəssüratları bərpa etmək, azad yaşamaq və nəticə haqqında narahat olmamaqdır”. Bu prinsipə riayət edən və nəticə haqqında narahatçılıq meyli olmayan insanlara rəhbərlik etmək doğurdan da çətindir. Bu səbəbdən yaradıcılığı məqsədlərlə idarə etmə prosesini “qurmaq” lazımdır, bunu isə ancaq müdrik olmaqla etmək mümkündür. Müdriklik yenini köhnə ilə uyğunlaşdırmağı bacarmaq, əvvəlki təcrübəni yeni problemin həllində istifadə etmək qabiliyyətidir.   O əşyaların və proseslərin təbiətini dəyişmək üçün hansı hərəkəti qəbul etməyi kəskin başa düşülməsi ilə bağlıdır. “Müdrikliyin paradoksu” kitabında Elxonon Qoldberq müdrikliyi “həyatın fundamental proqmatikası” və yeni alınmış bilikləri və təcrübəni, yeni mənalar və cari paradiqmanın fəaliyyətini birləşdirmək bacarığı kimi təyin etmişdir.  Biznesdə müdriklik çox sayda həyat strategiyaları təcrübəsindən əmələ gəlir və yetişir.

 Nəticə aydındır: istedadlarla idarə etmək üçün müdrik olmalısız. Ancaq müdrik rəhbər yaradıcılıq azadlığını və nəticələrə nail olmaq bacarığını müvəffəqiyyətlə birləşdirə bilər. Müasir biznesin dahiliyin və müdrikliyin uyğunluğuna, məhsuldar istedadın və strateji təcrübənin birləşməsinə kəskin ehtiyacı var. Ola bilsin ki Rusiyada doğurdan da çox istedadlılar var, lakin müdrik rəhbərlər azdır?

 İstedadların idarə olunması problemləri nə ilə bağlıdır? Onun mahiyyəti nədədir? Ola bilər ki istedadlı əməkdaşa icraçıya, “insan resursuna” kimi baxırlar? Çətin ki, bu cür yanaşmada istedad nə isə bir fayda gətirsin. Axı o idarə olunmağı sevmir, o özu qarşısında çətin vəzifələri qoyur.  Müdrik rəis məsələlərin axtarışı prosesində istedadlarla əməkdaşlıq edir, o “qamçı və pryanik” deyil “cazibə və ehtirasdan” istifadə edir.  Müasir rəhbər yenisi və köhnəsi, bu gün və sabah arasında körpüləri qurmağı bacarmalıdır, əgər yenisi həyata həddindən artıq aqressiv daxil olursa iti bucaqları hamarlamaq qabiliyyətində olmalıdır. Ancaq həyata və biznesə bütov sistemli baxışa malik olan rəhbər təcrübənin, texnologiyanın, elm və mədəniyyətin qarşılıqlı hərəkəti sahəsində vasitəçi ola bilər.

Mənim fikirimcə, diskussiyanı “zərərli-xeyirli” müstəvisindən “yaradıcılıq azadlığı – nəticələrin əldə edilməsi” müstəvisinə keçirmək lazımdır və biznesdə dahilik və müdriklik arasında harmoniyanı tapmağa cəhd etmək lazımdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər