18 C
Baku
Thursday, April 25, 2024

Orta və iri kreditlərin təhlili üzrə Anderayter – DəmirBank ASC

Vəzifə öhdəlikləri:

• Orta və İri kreditlər (OİK) üzrə bankın yarımillik və illik monitorinq planını tərtib edir;
• Tərtib edilmiş plana əsasən ona təhkim olunmuş OİK müştərilərinin səyyar və ya məsafəli monitorinqlərini həyata keçirir, keçirilən monitorinqlərə üzrə hesabatın tərtib edilməsi üçün tələb olunan məlumatları müştərilərdən toplayır, toplanmış məlumatlar əsasında monitorinq hesabatı tərtib edir;
• Onun tərəfindən keçirilmiş monitorinq hesabatlarında borcalanın maliyyə və digər durumlarını əks etdirən şərhlərini qeyd edir, tarixi maliyyə və digər əldə olunan məlumatlar üzrə müqayisələr aparır, borcalanın vəziyyətinə dair yekun məlumatları şöbə və departament direktorunun diqqətinə çatdırır;
• Maliyyə hesabatlarının tərtib edir və təhlil edir (Mənfəət və Zərər hesabatı, Maliyyə pul axınları hesabatı, mənfəət və zərər hesabatı) və təhlil nəticələrini Müvafiq komitəyə məruzə edir;
• Keçirilmiş monitorinq hesabatının nəticələrinə uyğun olaraq borcalanların yeni reytinqlərini tərtib edərək müvafiq hesabata daxil edərək izlənməsini təmin edir;
• Daxil olmuş monitorinqlərə dair müvafiq hesabat formasına keçirilmiş monitorinqlərin yekunlarını daxil edir;

Namizədə qarşı tələblər:

• Ali təhsil;
• Analitik təhlil qabiliyyətinə malik olmaq;
• Ən azı 3 il biznes kreditlərinin (Orta və iri kreditlərin) təhlili sahəsində iş təcrübəsinə sahib olmaq;
• ACCA F3 və ya CİMA C02 üzrə beynəlxalq sertifikatların olması və ya bu materiallar/sertifikatlar üzrə biliklərin nümayiş etdirilməsi arzuolunandır;
• MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
• Rus dili bilikləri (üstünlük verilir);
• Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 24 may 2017-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Orta və iri kreditlərin təhlili üzrə Anderayter” göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DMRBNK21MAY

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər